- Plan nə təhərdir, plan? Mən gedəndə altmış faiz idi. İndi artıb, əskilib? - Dum-dum halvasıydı məgər? Sen deyirsən on gündə möcüzə İcad eləsin? Tahir bu sözlərdən darıxıb Cəmilə üz tutdu. - Əlimi-üzümü harada yuyum? Cəmil üz dəsmalını vo sabunqabmı götürüb ona verdi: - Gedək, göstərim. Onlar uzun, ensiz dəhlizə çıxdılar. Hər iki tərəfdə mehmanxana nömrələrini xatırladan otaqların bir-birinə bənzoyen qapılan yanından ötüb, o başdakı duş otağına girdilər. Burada qabaq-qabağa üç metr uzunluğunda iki əlüzyuyan qoymuşdu. Hərəsinin beş kranı vardı. B ə zilərindən damcı-damcı, bozilerindon isə şmltı ilo su tökülürdü. Kənddə səhər-səhər özünü şəlalənin altına verib buz kimi bulaq suyunda çimməyə öyroşmiş Tahir, bir-bir əlüzyuyana yanaşan və ara-
latında nə ise deyib-gülüşən cavan fəhlələrin yanında bu vərdişini təkrar etməkdən utanaraq, köynəyinin qollarım dirsəyinə qədər çır mayıb əl-Üzünü yuyandan sonra dəsmalın bir ucunu isladıb boynunu, boğazını v ə sinəsini bərk-bərk sürtüb qızartdı. Onu ilk dəfə görən ca vanların təəccüb ifadəsi ilə parıldayan baxışlan altında duş otağından çıxıb Cəmilgilin yanına qayıdanda, Cəmil stolun dalında oturub çörək yeyir, arxası üstə çarpayıda uzanaraq çətinliklə nəfəs alan Səməndərə baxıb gülə-gülə deyirdi: - Mən ölü, siz qalı, onun başına nə gəlsə, qarından gələcək. Bura bax, Səməndər, mərcləşəndə bir şərti də unutduq. Yaxşı, sən “Qurba- nəli bəyi” neçə aya oxuyub qurtaracaqsan? - Daha, onu özüm bilərəm, balam. Keçi can hayındadır, qəssab piy. Mən ölürəm. Deyəsən zohərlənmişəm. - Bunun bircə dərmanı var. Dur bir də ye. Bilirəm, sendən kitab