- Cəmil, - dedi, heç paroxoda minmisən? - Yox, minməmişəm. Ancaq keçən il bizim ustanı yola salanda gördüm. Bilirsən, gəm iyə minib nə ləzzətli səyahət eləm ək olar? Da vadan qabaq hər gün buradan Volqa səyahətinə yüzlərcə adam gedir miş. O gəmilərdə can dərmanı da desən varmış. Kino, musiqi, tans. Yemək, içmək də öz qaydasında. Dava başlanandan sonra gəmilərin hamısı hərbi sursat daşıyırdı, Qoy bir az işlər Öz yoluna düşsün, yenə de səyahət üçün gəmilər işləyəcək. Mənim gəzm əyə yaman həvəsim var. Dünyanın yarısını görürsən... - Yaxşı, bəs ustam hara yola salırdın ki? - deyə Tahir ayaq saxla yıb soruşdu. - Onu Aşqabada çağırmışdılar ki, Türkmənistan neftçilərinə tezə qazıma üsulunu öyrətsin. Bakıdan çox adam gedirdi. Axı bizim ustalar o birilərindən çox bilir! Nöyüt Allahı bizik. Usta Ramazandan türk ■ mənlər çox razı qalıblar. Qəzetlərdə hər gün şəklini çap eləyirlərmiş. Qocalığına nə baxırsan? Çoxlarının arxasım yerə qoyub... Cavan dostlar bir müddət kiriyib, sahil boyunu süzməyə başladılar. Dəqiz sakit və ləpəsiz görünürdü. Günəş sularda üzür, cavanların g ö zünü qamaşdırırdı. - Bax, dünən axşam Qaraşəhori, Bayılı soruşurdun, - deyə Cəmil yoxuşun qurtaracağında dayandı və yarımdairə halında dənizin boynu na dolanan şəhərə geniş bir nəzər saldı. O, həmin yarımdairənin o biri başına yaxın, uzun bacalarından qatı tüstü buraxaraq, açıq mavi səma nı dumana qərq edən zavodları göstərdi. - Qaraşəhər odur! - dedi. - Zavodlar istirahət günlərində də işi dayandırmır. - Tahir maraqlandı: - N iyə ki? - Necə niyə? Əgər dayandırsa, onda mədənlərdən çıxan nefti təmizləyib çatdıra bilməz. Bu saat hər dəqiqəyə söz var. Camaat elə