hara isə getdi. İstəyirsiniz gözləyin. İndi saat on birdir. Özü dedi ki, harada olsam, iki saatdan sonra mütləq qayıdacağam”. - O, Cəmillə Tahirin, nə isə, ciddi bir m əsələ üçün gəldiklərini yəqin edib, stol üs tündəki bloknotunu götürdü. - Siz telefonunuzu verin, gələn kimi sizə xəbər verərəm. Lakin Cəmil qızın bu ehtiramına qarşı təşəkkür elədi: - Çox sağ olun, niyə sizə zəhmət verək? Özümüz bir de gələrik. Tahir yeddiillik məktəbdə rus dilini o qədər de yaxşı öyrənmədi yindən, bu qızm tez-tez dediyi sözləri aydın başa düşə bilmədi. Amma, doğrusu, katibənin yumru sifəti, danışanda inci kimi parılda yan xırdaca ağ dişləri Tahirin çox xoşuna gəldi. Cəmil dostunun qulundan tutaraq: - Gedək, - dedi, - trest müdiri qaydanacan da biz şəhəri gəzib do lanarıq. Onlar ikinci mərtəbədən enib, ortasında gül-çiçək, göy-göyərti əkilmiş və dövrəsi məhoccərlonmiş asfaltlı həyətə düşəndə, isti sent yabr günəşi hələ dəniz üzərindəki saf, mavi səmada üzürdü. Hava sakit və bürkülü idi. Yalnız arabir dənizdən əsən x ə fif meh bu bürkü nü dağıdır, həmişə sərin dağ havasına öyrənmiş Tahirin tərli alnını sə rinlədirdi. O, fikirli-fikirli Cəmilin üzünə baxır, “işdir, birdən qəbul 31
eləm əsələr, kənddə biabır olacağam” demək istəyir, ancaq könlündə dolanan bu şübhəni tez də Özündən rədd etməyə çalışır, Cəmilin ya nında qürurunu pozmurdu. Trest idarəsinin yanından uzanıb gedən asfalt yol sola tərəf əy ilə rək, yoxuşa qalxır v ə dostlar irəlilədikcə, Bakının sahilə bitişən tərəfi aydın görünməyə başlayırdı. Tahir gözlərini dolandırıb uzaqdan-uzağa sahiio baxanda, tünd mavi tüstü buraxaraq limandan uzaqlaşan böyük bir gəmi gördü.