Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


var. Ancaq nədir, bunu hələ də təyin edə bilmirəm



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə40/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   36   37   38   39   40   41   42   43   ...   382
Sechilmish eserleri II cild

var. Ancaq nədir, bunu hələ də təyin edə bilmirəm.
Qüdrət, fiziki əm əklə məşğul olan adamların eli kimi iri və bir
azca da qaba elində tutduğu uzun müştüklü papirosunu damağına
qoyub, avtomatik alışqanla yandırdı:
- Bunun sirrini mən özüm yaxşı bilirəm, - dedi. - Mənim anam
yaxşı nağıllar söyləyir. O nağıllardan biri çox mənalıdır. Əgər onu
bütün qadınlara başa salsaq, kişilərin hamısı bundan fayda görər.
Qüdrətin dostu, onun İrəli uzatdığı və sonra açıq halda yazı masa­
sının uc tərəfinə qoyduğu iri qutudan bir denə papiros götürdü, qaşla-
37 < 2 V


nnı azacıq yuxarı qaldırdı, sadəlövh tərzdə ve bir qodər do tələsik so­
ruşdu:
- O necə şeydir? Danışmazsan?
Qüdrət, burula-burula havaya qalxaraq, bir an gözlərinin qabağın­
da dumanlanan göyümtül papiros tüstüsünü üfürüb dağıtdı vo əsil mət­
ləbini indi söyleyəcəkm iş kimi, düşüncəli baxışlarını yerə dikdi:
- Mənim İşimdəki müvəffəqiyyət ailəmdən başlanır, - dedi. - Həmin
nağıl da elə bu fikri təsdiq edir. Mən onu anam kimi şirin danışmağı ba­
carmaram. O, qızım Şirmayının yaşım nəzərdə tutduğu üçün, sözləri
elə bir ifadə ile danışır ki, üz-gözünə elə bir ifadə verir ki, nağıl qat-qat
təsirli çıxır... Xülasə, ağıllı padşahlardan biri... - Qüdrət yenə gülümsə­
di (“belələri do olub” deyə arada elavo etdi). - Ho... padşah, rəiyyəti­
nin heyatı ilo tanış olmaq üçün vəzir-vüzərası ilə bərabər, şəhərləri,
kəndlori gəzirmiş. Günlərin birindo qəribə bir hadisənin şahidi olur.
Görür ki, cavan bir xarrat, mahnı oxuya-oxuya dəmir zindanın üstündə
taxta yonur. Baltanı taxtaya nə qodər bərk endirirsə, balta bir dəfə də
olsun zindana toxunmur. Şah vəzirdən soruşur:

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin