Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


Boyuna boz ip ölçüm! Çörəyimi boğazımdan kəsib onlara vermə­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə42/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   38   39   40   41   42   43   44   45   ...   382
Sechilmish eserleri II cild

Boyuna boz ip ölçüm! Çörəyimi boğazımdan kəsib onlara vermə­
yəcəyəm ki?
Şah yenə de vəzirin üzünə baxıb acı-acı gülümsəyir.
Qüdrət nağılını danışıb qurtaranda onun dostu da başını tərpədə-
tərpədə, mənalı bir tərzdə qımışdı:
- Məlum oldu, - dedi. - B elə görünür ki, sənin də yaxşı işləm əyi­
nə, cavan qalmağına səbəb arvadın Lalədir, hə?
- Əlbəttə! - deyə Qüdrət təsdiq edəndə, kabinetin qapısı açıldı və
bir nəfər kişi içəri girdi. İsmayılzadə ilk dəfə gördüyü bu adama zənlə
baxdı. Üzünü bozumtul tük basmış bu arıq və gödək kişinin əyri qılça­
ları, azacıq donqar beli, sağ gözünün uc tərəfindəki iri xalı Qüdrətin
diqqətli nəzərini dərhal cəlb etdi. Nazik sifətinə nisbətən uzun görünən
fətir qulaqları ona çox nataraz bir görkəm verirdi. Lakin adamları çirkin
sifətinə görə qiymətləndirmək Qüdrətin xasiyyəti deyildi. Kişinin ya­
xalığı çirkdən lək ə-lək ə idi, hülqumu görünən uzun boğazı qapqara ol­
muşdu. Belə natəmiz adamlar Qüdrətin heç xoşuna gəlmose də, yenə
onu nəzakətlə qarşıladı. Kişi trest müdirinin xoş sifətini görüb cəsarət­
ləndi, ucadan salam verdi, kef-əhval bilmək istədi. Qüdrət də, nadir
hallarda üzündən silinib gedən, sadə, səmimi, yumşaq və bir azca da is­
tehzalı kimi görünən təbəssümü ilə gülə-gülə onun salanımı aldı:
- Çox sağ olun! - dedi v ə öz trestində işləyən xidmətçilərdən ol­
duğunu yəqin edib soruşdu: - Siz nəçisiniz, adınız nədir?
Kişinin dodağı qaçdı, seyrək, düz və sarımtıl dişləri göründü:


- Adım Qonaq, familyam Qonaqovdur, - dedi, - trestin nəqliyyat
işlərinə baxıram. İzin verin, sizi təbrik edim,
Qonaqovun bir balaca irəliyə doğru əyilm iş bədəninə və üzündə­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin