Qüdrətin dostu Qonaqovun gözdən itdiyini görüb olini-əlinə vur du, az qala pəncərələrin şüşəsini cingildədən bir şaqqıltı ilə güldü: > 5 > 40
- Neyləsin, karıxmasın? - dedi. - T əzə rəhbərlik insafsızlıq eləyib, yazığın sözünü ağzında qoydu. Yəqin yol uzunu yekə bir monoloq ə z bərləyibmiş. Dostlar bir neçə an gülüşdülər və tez-tez qapıya tərəf baxaraq, elə bil Qonaqovu bir də göm ıək istədilər. Bu anda kabinetin qapısı ağzın da Tahirlə Cəmil göründü. Onlar Qüdrəti salamladılar vo içəri girmə yə İzin istədilər, İsmayılzadə cavanlan gülərüzlə qarşıladı: - Buyurun, uşaqlar, m ənə görə qulluğunuz? Cəmil özünü irəli verdi, usta Ramazanın dəniz buruğunda işlədiyi ni söyləyib, kadr şöbəsinə gəldiklərini bildirdi. İsmayılzadə “məndən asılı işdir?” - deyə soruşanda, Cəmil Tahiri İsmaylızadəyə təqdim etdi; - Burada işləmək istəyir. Yeddillik məktəbi qurtarıb. İkimiz də bir kənddənik. M ən bir il bundan qabaq gəlm işəm . Kəndə məzuniyyətə gedəndə Bakıdan ona danışdım, həvəsə gəldi. - Elə özümün də qabaqdan həvəsim vardı! -- deyə Tahir yoldaşı nın sözünü kəsdi. - Doğrusu, çoxdan neft qəhrəmanı olmaq fikrində idim. - İndiyəcən harada işləyirdin? - deyə Qüdrət soruşdu. - Kolxozda... — deyə Tahir cavab verdi, — yoldaş İsmayılzadə, elə mənim o biri yoldaşlarım da gəlm ək istəyirlər. Kolxoz bizsiz də dola nar, Fermada arvadlar do işləyo bilərlər... Mənim anam inək sağandır. Keçən il orden alıb, - Çox gözəl, çox gözəl! - deyə Qüdrət, mətləbin uzandığını görüb, arxası divara söykənmiş təmiz, ağ örtüklü divanda cavanlara yer gös tərdi: - Əyləşin, niyə ayaq üstə durursunuz? Tahirlə Cəmil yanaşı oturdular. - Hə, mal-qara çoxalır, azalır?