ki itaətkar ifadəyə diqqət yetirəndə, Qüdrətin gözlərindəki yumşaq tə bəssüm silinib yox oldu, sir-sifəti ciddiləşdi. O, Qonaqovun üzündən nüfuzedici nəzərlərim çəkməyib, təəccübünü gizlətmədən soruşdu: - Yaxşı, məni nə münasibətlə təbrik edirsiniz? Qonaqov, Qüdrətin sualındakı nazik kinayəni hiss etməyərək, yenə də eyni müti görkəmlə bir az da qabağa əyildi: - Bizim trestin rəhbəri göndərilməniz münasibətilə sizi təbrik etmək istəyirəm. Ancaq, doğrusu, m ən çoxdan xəsto idim. Vaxtında yanınıza gələ bilmədim. İsmayılzadə onun sözünü kəsdi: - Ayrı sözünüz? - Bizim trest quyruqda sürünür. Köhnə rəhbərlik, düzü, hamının gözündən düşmüşdü. Ümid edirəm ki, sizin kimi bir rəhbər... İsmayılzadə yan-yövrəsinə baxdı, kirpiklərini qırpmadan, gözləri ni bir müddət Qonaqovun yanağında və gülünısorkən qırışıqla Örtül müş alnında gəzdirdi. - Ayrı sözünüz yoxdur ki, yoldaş Qonaqov? Qonaqov tutuldu. Qırışıq alnını iri tər damcıları basdı. - Xeyr, ayn nə sözüm? - dedi. - Elə isə gedin, qayıq hazırlayın. Bu gün bütün dəniz buruqlarına baş çökmək istəyi rom. Aydın oldu, yoxsa bir də izah edim? Qonaqovun sarımtıl dişləri örtüldü. O, dem əyə söz tapmayıb, bir neçə an yerində hərəkətsiz qaldıqda Qüdrət onu çətin vəziyyotdən qurtarmaq istədi: - N ə üçün karıxırsınız? Başqa bir sözünüz varsa buyurun, onu da deyin! Qonaqov cibindən çıxardığı ləkəli yaylıqla altımın tərini silə-silə bir neçə addım dalı-dalı çəkildi: - Xeyr, elə bir sözüm yoxdur. Sizi təbrik etmək... - O, şərab içməkdən m əst olmuş bir adam kimi, müvazinətini itirərək, səldirləyə- səldirləyə qapıya yanaşdı və dırnağının ucunda, səssizcə addımlarla bayıra çıxdı.