Cavanlar bir-bir qabağa yeriyib İsmayılzadənin əlini sıxdılar və sevinə-sevinə kabinetdən çıxdılar. İsmayılzadə yenə də xəfifcə bir tə bəssümlə gülümsəyərək dostuna baxdı: - Doğrudan da mənim bəxtim yaman gətirir ha! - dedi. - O biri trestlər cavanlan səfərbərlik yolu ilə gətirirlər, amma mənim terstimə, bax, özləri öz ayaqlan ilə gəlirlər. - Qüdrət gözlərini məchul bir nöq təyə zilloyorək, xəyala dalmış kimi, baxdı. - Bunların içindən g ə lə cəkdə görkəmli neft ustalan yetişəcək. Azərbaycan neftinin taleyini bunlar həll edəcəklər. Sabahı düşünən adamların bəxti homişə gətirər, əzizim,.. Qüdrət ayağa qalxıb, pəncərəyo yanaşdı, dodaqlarım bir-birino qısaraq əsnədi və yuxusuzluqdan qızarmış gözlərini pəncərədən, eşi yə zillədi. Buradan neft mədənlərinin yalnız bir parçası görünürdü. Yeni tikilmiş buruqda qaldırıcı maşın təzə qazıma borularım çəkib yuxarı aparır, onun yanındakı köhno burağun kaçalkası yorğun-yor ğun enib qalxırdı. Bir az o yanda üçüncü m ədən idarəsinin yeni su vanmış birmərtoboli binası ağarırdı. Həmin binanın böyründəki buruqda kaçalka, nə üçünsə, hərəkətsiz dayanmışdı. Qüdrət yalnız yeddi-səkkiz gün bundan əvvəl tresti təhvil götürdüyü halda, artıq bütün buruqları, onların gücünü və imkanlarını öyrənə bilmişdi. Da yanmış buruğa baxanda, onun qaşları düyündəndi ve o, dəyirmi stol üstündə başqa aparatlarla yanaşı duran daxili telefonun dəstəyini gö türüb üçüncü mədəni istədi: 43 ( H V
- Yoldaş Səmədov, -dedi, - əgər o birisi buruqlar da - belədirsə, trestin kəsir işində çapalamağına təəccüb eləmək lazım deyil. 1090-cı buruq dayanmışdır. Yox, yox, mən buradan lap aydın görürəm, orada