mişə kök olar. Məni bağışla, mən getdim. Ərlə arvadın görüşünə mane olmaq insafdan deyil. Hələlik... Dostlar gülümsündülər. Lalə içəri girdi. Salam verib hər ikisilə görüşdü. Qüdrətin dostu üzr istəyib getdi. Trestə təyin olunduğu gündən bəri evinə dəyməmiş Qüdrət, arva dının gəlişindən hədsiz dərəcədə sevindi. Onun nəzərində Lalə yalnız 44
vəfalı bir arvad deyil, yaxın bir dost vo köməkçi idi. Onlar görüşməyə imkan tapmadıqları zaman bir-birinin yoxluğunu çox tez hiss edirdi lər. Bu bir həftə müddətində Lalənin də başı çox qarışıq olmuşdu, təkdənbir Qüdrətin trestinə zəng etmişdisə də, onu kabinetində tapa bilməyib, gecədən xeyli keçənə qədər gözləm iş, gəlm ədiyini görün cə, oxuduğu kitabı bir tərəfə ataraq, çarpayısına uzanıb yatmışdı. Kim bilir, bəlkə də ərlə-arvad arasındakı həsrət hissini onların belə az-az görüşməyi daha da qüvvətləndirmişdi? Qüdrətin ev ə çox gec- gec gəlm əyi Laləni tamam başqa bir səbəbə görə həyəcanlandırırdı. O, Qüdrətin ağır işdən sonra çox yorulduğunu, amma bu barədə danış mağı sevmədiyini, xəstələnəndə belə üzündəki təbəssümün yox olub getmədiyini bilirdi. Lakin o. Qüdrətin ən kiçik müvəffəqiyyətsizliyini belə öz şəxsi dərdi kimi daşıyır, onun hər bir addımmı uzaqdan da olsa diqqət və həyəcanla izləyirdi. Ümumiyyətlə onların ailəsində sevginin də, kişi və ya qadın nəvazişinin də mənası tamam başqalaşmışdı. Kə nardan baxan ağzıgöyçəklər, Qüdrətin ailə münasibətindoki zahiri so yu qhığu onların bir-birini sevmədiyində görürdülər. Hətta Lalənin bəzi rəfiqələri “bir az ehtiyatlı ol ha, yəqin qeyri-qanuni arvad saxla yır” - deyə xəbərdarlıq etmişdilərsə do, Lalə buna çox etinasız cavab vermiş, ürəyində, bu sözü deyən rəfiqəsini təqsirləndirmiş, “sen belə