Lətifə, Tahirdən cavab almamış deyilən bu sözlərə, elə bil, təəc cüb edərək, diqqətlə Dadaşlıya nəzər saldı. - Birdən heç bizim mədəndə qalası olmasa da? - deyə soruşdu. Qızın ötkün səsində x ə fif bir titrəyiş vardı. Lakin Tahir bunu duya bilmədi: fikri yalnız Lətifənin boyasız dodaqlarında idi. - N iyə qalmır? deyə Cəmil sözə qarışdı. - Bir azdan trestə gedi rik. Bəs demirlər kadr lazımdır ? Tahir də sözə qarışdı: - Axı, m ən komsomol işimi hələ gətirməmişəm. Lətifə ilə Tahirin gözləri bir-birinə sataşdı: - Ele isə bu gün yaz, tələb elə!.. Tahir Dadaşlıya baxmadı: “Sən deməsən də bunu mən bilirəm” - d e y ə düşündü və Lətifənin yenə aşağı dikilən gözlərinə baxmaqda
davam etdi: “Görəsən bu qız həm işə buralara gəlib-geldəcək?” - deyə öz-özündən xəbər aldı. - Ay uşaqlar, bu axşam m ədəniyyət sarayında “Arşm mal alan” filmi göstərilir. Hamınıza bilet almaq istəyirik. Kim gedir, desin yazım... - Lətifənin utancaq baxışları xeyli müddət otaqdakı cavan fəh lələrin üzündə gəzdi ve o, Tahirin geniş açılmış gözlərini bir də görən də kirpiklərini aşağı saldı, öz-özündən soruşdu: “Bu niyə belə baxır?”. - M əni yaz.
- Məni də yaz. - Məni də,,. Yalnız Tahirdən səs çıxmadı. Lətifə ona üz tutdu: Bəs siz? - Mən də. Bir dəfə görmüşəm, yenə görmək istəyirəm. Lətifə hamını siyahıya yazdı: - Sizin adınız nədir? - Tahirdən soruşdu. - Tahir - Tahir? Qızın sualındakı təəccüb nidası Tahirin də təəccübünə səbəb oldu: - Pis addır.? - Niyə pis olur.? Birisi gün də “Tahir v ə Zöhrə” filmi olacaq. - Hə, bax, onu görməmişəm. Amma dastanı əzbərdən bilirəm.