Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


istəmirəm. - Bu necə məntiqdir? - deyə Mirzəyev yenə təkəbbürlə soruşdu



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə291/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   287   288   289   290   291   292   293   294   ...   382
Sechilmish eserleri II cild

istəmirəm.
- Bu necə məntiqdir? - deyə Mirzəyev yenə təkəbbürlə soruşdu.
- Belə məntiq məndə artıq vərdiş halına gəlmişdir. Mən idarə et­
diyim trestləri həmişə bu yolla aparmışam.
- Keçmiş xidmətiniz sizi xilas etməyəcək!
- Men dünətlki işimlə öyünməyə ehtiyac görmürəm! - deyə Qüdrət
yenə atmacaladı: - Öz xasiyyətinizi məndə nə üçün axtarırsınız?
- Görünür, sülh baş tutmayacaq, yoldaş Qüdrət, - deyə rəis də
Mirzeyevin tərəfini saxladı.
- Elə görünür... - deyo İsmayılzadə təsdiqlədi.
- Bilmirəm, siz nə üçün Minayevin ixtirasına bu qədər ümid bəs­
ləyirsiniz? Doğrudanmı o, trestinizi rüsvayçılıqdan qurtara bilər?
Rəisin sualında artıq istehza oxunurdu.
- M əncə bu münaqişəni şəhər komitəsi katibi həll edəcək. Çünki
siz hamınız onun adından məni töhmətləndirirsiniz. Mirzəyev də öz
haqsızlığını rütbəsinin gücü ilə ört-basdır eləm əyə çalışır. İzin verin
hökumət telefonu ile katibə zəng edim.
- Bizi nahaq qorxudursuz, yoldaş İsmayılzadə, men yalnız partiya­
nın dediyini həyata keçirirəm.
- Daha yaxşı. Demək, mən onda haqsızlığımı görüb, birdəfəlik
susmağa məğbur olaram.
- Olacaqsınız, mən buna eminəm!
Qüdrət telefon aparatları qoyulmuş balaca, dəyirmi stola yanaşdı:
- İzin verin, sizin yanınızdan ona zəng edim.
- Buyurun, buyurun!
Qüdrət dəstəyi götürüb nömrəni yığdı:
- Axşamınız xeyir, yoldaş Aslanov, - dedi. - Bilirom çox məşğul­
sunuz, Lakin mən işin xat iri üçün beş-on dəqiqə vaxtınızı almaq istə­
yirəm... Bəli, yaxındayam. Çox gözəl, sağ olun! - Qüdrət dərindən
nəfəs aldı v ə yenə rəisə baxdı:
- Bir saatdan sonra görüşərik. İcazə verin mən gedim hazırlaşım.
Mirzəyev qıpqırmızı olmuşdu: “Katib bizi çağırmasa, bu Özünü tə­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin