Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


yırdım. Bəziləri elə güman eləyirlər ki, müharibə qurtardı, demək



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə293/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   289   290   291   292   293   294   295   296   ...   382
Sechilmish eserleri II cild

yırdım. Bəziləri elə güman eləyirlər ki, müharibə qurtardı, demək
istirahət başlandı. Bax, Allah eləməsin, bu xəstə əhval-ruhiyyə başqa­
larına da sirayət eləsin...
- Düz deyirsən. Köhnə quyularda işləyən adamlar bu mərəzə daha
tez tutulurlar. Bərk dayanmaq lazımdır... Bu gün qəzet oxumusanmı?
- Oxudum. Trumen korlayır. Hitler də belə başlamışdı...
Qüdrət əsnədi.
- Yorğunsan, Qüdrət. Get dincəl!
238 ( 2 V
Qüdrət ayağa durub gəzinm eyə başladı. Lalə qayıdıb yerində otur­
du. O da yorğun idi. İki gündən bəri gecə saat dörddən tez evə gedə
bilmirdi.
- Bu Dmitri harada qaldı? Mən gecikirəm.
- Zəng eləyim? - Lalə ərinin cavabım gözləm ədən Minayevin ev
nömrəsini yığdı. - Vera, ham Dmitri? Çıxdı? Yaxşı, lazımdır. G özlə­
yirik.
Bu zaman doğrudan da Minayevin ayaq səsləri eşidildi. O içəri gi­
rəndə Qüdrət dedi:
- Əgər Aslanov razı olsa, özünü çağıraram, gəlib izah elərsən. Hər
halda müəllifin özü əsərini daha yaxşı başa düşər... Konstnıktor
Talıbzadənin resenziyast hanı? Ona Aslanov çox inanır.
Minayev, layihəsini çəkdiyi qalın kağızlar arasında bircə səhifəsi
yazılmış vərəqəni tapıb çıxardı. Burada qoca mühəndis Talıbzadə Öz
rəyini iki cümlə ilə ifadə eləmişdi “Dmitri Minayev yoldaşın ixtirası
ilə tanış oldum. M əncə, bu konstruksiyanın böyük təcrübi əhəmiyyəti
vardır”.
- Qoca çox sevindi. Hər dəfə ona rast gələndə məni elə həvəslən­
dirir ki... Köhnə zamanda oxuyasan, yeniliyi bu qədər sevəsən? Çox
nadir keyfiyyətdir! Xülasə, qoca məni ürəkdən təbrik elədi. - Dmitri
qalın kağızları açıb bir-bir Qüdrətə gösterdi. — M ən əminəm ki, nəti­
cəsi məni utandırmayacaq.
Qüdrət saata baxdı. Qəbul vaxtına cəmisi on dəqiqə qalırdı:

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin