mizliyə çıxarıb, hamımızın kölgəmizi qılmclayacaq” deyə düşündü. Rəis Qüdrətin xasiyyətinə yaxşı bələd olduğu üçün, yalnız bu söz ləri dedi: 237
- Təbii ki, şəxsi m əsələləri yadınızdan çıxaracaqsınız. - Ona şübhə etməyə bilərsiniz! - deyə Qüdrət qapıya yönəldi. Mirzəyev şəhadət barmağı ilə Qüdrəti hədələdi: - Bax, namərdlik eləm ə ha! - Tərcümeyi-halınızı danışmayın, mən ona yaxşı bələdəm, - deyə İsmayılzadə rəisin kabinetindən çıxıb, maşmmı Lalənin trestinə sür dürdü. Minayevi tapdı, tez çertyojlarını və ixtirasının maketini istədi. Dmitri maşınla evinə yola düşəndən sonra, Qüdrət arvadı ile üzbəüz oturdu. Lalə dünən baş mühəndisin texniki imtahandan keçirdiyi adamlara dair yazıb verdiyi xasiyyətnamelərlə tanış olurdu. O, Qüdrətin həyə canlı gəldiyini görən kimi ayağa qalxdı, nə üçün belə əsəbiləşdiyini soruşdu. - Bu trest səni qəcaltmasa yaxşıdır, — dedi. — 155 nə haldadır? - Vaxtından bir ay əvvəl qurtaracaq. Məni düşündürən o deyil. Adamların təşəbbüsünü boğurlar. Görünür bu gün qəti hücum başlana caq. - N ecə məgər? - İşə mane olan Mirzeyevdir. Mon onun haqqında nədənsə həmi şə yaxşı fikirdə olmaq istəyirdim. Ancaq indi görürəm ki, bu fikrimi dəyişm əyə məcburam. Deyəsən onu maraqlandıran iş deyil, öz haki miyyətini mənə, sənə hiss etdirməkdir. Doğrusu, qət eləm işəm, bu gün üstüörtülü nə varsa açıb deyəcəyəm . r Ona haqq versələr? - N e olar, olar! Bundan qorxsam, hər gün başıma qapaz deyəcək. O namərd adamdır. Düzəlm əz. Yaxşı, bunlar bir yana dursun, sən nə üçün qəmginsən? - Dünən üç yerdə avariya olmuşdur. Səhərdən bəri adamları danla