minən bilsə də, yenə soruşmalı oldu. Qoca iri əllərini bir-birinə sürtə rək, qürurla başım qaldınb-saldı: 250 < 2 V
- Sağlığına, bu gün buruğu təhvil verdim, qızım. Yaman vurhavur- du. Səhərdən trest müdiri, baş incinar da oradaydı. Demə ki, qabaqda gedən elə təkcə sənin ustan Ramazandır. Keçici bayrağı qonşumdan alıb m ənə verdilər. - Doğrudan? - deyə Lətifə, sevincindən parıldayan gözlərini ata sından ayırmadı. - Bəs sən deyirdin sabah yox, birisi gün qurtarırsan? - Yox, qızım, mən dünən qurtarmışam, bu gün Özüm gedib neftçı- xarma briqadasını başa salırdım. Səhər tezdən güllələmişdilər. Neftin çıxmağını gözləyirdim. - Hə, ne oldu, neft gəldi? Qoca bu sualdan inciyən kimi duruxdu: - Ay hay, bəs namənə? Amma rəngindən özümün də xoşum gəldi. Elə bil yenicə süzülmüş beçə balıdır. Qüdrət çox razılıq elədi. Zarafat deyil, vaxtından düz iyirmi gün qabaq qurtarmışam. Lətifə tələsik şlyapasının rezinini boğazına keçirib güzgüdən ara lananda atası soruşdu: - Hara gedirsən? İşə? Ay qız, gol sən bu daşı ətəyindən tök. Çox əziyyət çəkirsən. Sabah m ənə o qədər mükafat verəcəklər ki, pulumu zu yığıb-yığışdıra bilməyəcəyik. Hem oxumaq, həm də işləmək səndə can qoymur axı. Evdə dəfələrlə təkrar olunmuş bu söhbetin təzələnm əyi Lətifənin ürəyindən deyildi. O da köhnə cavabım təkrar eləm əyə məcbur oldu: - Yox, ata, mən buruqdan ayrılmayacağam. Bilirəm, mənim aldı ğım maaş sənə lazım deyil, amma mən buruqda çox şey öyrənirəm. Mühəndis olandan sonra (bu sözləri deyəndə Lətifənin xəyalından ayn fikirlər keçdi: “Tahirlə bərabər ali məktəbi bitirəndən sonra”), daha o birilər kimi illərlə təcrübəyə getm əyəcəyəm. - Yaxşı, indi hara?