neftçiyə üç şey lazımdır, onların heç biri mendə yoxdur. Yadına gəlirmi? - Aha, yadımdadır. Cəsarət, diqqət, iradə... - Amma birini yadından çıxarmısan. - N ə y i? - Biliyi... Bunsuz cəsarət fayda verməz. - O heç. O hamıya lazımdır, - Amma neftçiyə hamıdan çox lazımdır. Yox? - Tahir duruxdu. - tki saatdan sonra mən boşam. Kinoya gedəkmi? Lətifə başını ahəstə tərpədib razılıq verdi. Onlar daş pilləkənin başlanğıcında ayrıldılar. Amma gedə-gedə iki-üç dəfə dönüb bır-birlərinə baxdılar. Tahir dəftər-kağızını götürüb dərs otağına gələndə, dəm ək üzvlə rinin hamısı toplaşıb rəhbəri gözləyirdi. M əşğələ bir saat çəkirdi, amma Tahirin sualları dərsdən də çox çəkirdi. Onlara rəhbərlik edən adam hər şeydən artıq Tahirin bu sual larından qorxurdu. O, çoxdan bəri öz sənətinə dair kitab oxumadığı halda, Tahir elektrikə dair balaca bir kitabxana düzəltmişdi.'O, gecə yandan sonra həmin kitablan oxuyur, nazik, uzun dəftərinə qeydlər yazır, başa düşmədiyi yerləri (bezən yalnız müəllimin Özünü imlahan etmək üçün) soruşurdu. Amma dem ək rəhbəri, on çox, mədənlərdə baş verən hadisələrdən danışır, dərsdən sonra cavanlan buruğa aparıb, əyani surətdə göstərirdi. Bu dəfə içəri girəndə, Tahirin nazik, uzun dəftərini görüb qımışdı: - Durun gedək, - dedi, - dünən bizim mədəndə yanğın olub, onu sizə göstərmək istəyirəm. Bu barədə hələ heç bir kitab yazılmayıb... 249
...Onlar yanğının sobəbıni Öyrəndikdə, təəccübdən Tahirin qolları yanına düşdü. Yoğun elektrik kabelinin mis qabığında, çeçələ barma ğının ucu enində bir yer sürtülüb açılmış və iki xətt bir-birinə toxunub qığılcım vermiş, bundan da havaya hopan qaz od tutmuşdu. Dəm ək