Küçə qapısından içəri girər-girməz, maşının qudok səsini tanıyıb qabağına yüyürən kiçik oğlu pilləkəndə onun dizlərinə sarıldı. - Ata, - dedi, - axşamdan bəri fotoqraf səni gözləyir. . - N ə fotoqraf, oğlum? - Özün deməmisən gəlsin. Aslanov oğlu ilə bərabər qonaq otağına girdi. Bura çox sadəcə bəzənmiş bir salon idi. Baş tərəfdə yazı stolu vardı. Ortada böyük bir xalı salınmışdı. Aslanov içəri girəndə, kino çoken aparatı döşəməyə qoyub, şabalıdı rəngli kürsüdə oturan qarayanız, saçlarını ortadan ayır- mış, yoğun, gödək oğlan hörmətlə ayağa qalxaraq onu salamladı. - Hə, bu nə aparatdır? - deyə Aslanov qonağa əl verib zarafatla soruşdu: yoxsa mənim şəklimi tarix üçün yadigar qoymaq istəyir sən? Men belə bilsəydim, “gəl” demozdim. Axı sən kimdənsə mənə məktub gətirmişdin. Kino operatoru gülümsədi: - Məktub var. Burası doğnıdur. Ancaq xasiyyətinizi bildiyim üçün ömrümdə birinci dəfə doğruya yalan qatdım. - Məktub kimdəndir? - Moskvadan. Mərkəzi kino-xronika studiyasından. Ümum İttifaq ekranı üçün bəzi adlı-sanlı yoldaşları çəkməliyik. - O, paketi Aslanova yerdi, - Sizdən xahişləri budur ki, çəkilm əyə razılıq verəsiniz. Aslanov məktubu açıb oxudu və yenə paketo qoyub yazı stolunun üstünə atdı.-Men sizə mövzu verirəm, - dedi. - Neftçilərimiz arasın da çəkiləsi adamların sayı az deyil. Operatorun qanı qaraldı: - H ələlik icazə verin, sizi iş stolunuz arxasında heç olmasa bir-iki metr çəkim. Aslanov əl hərəkətilə etiraz edib, yarı ciddi, yan zarafat dedi: - Yox, əzizim, mənim sifətim o qədər də fotogenik deyil. Kiçik oğlu onun fikrini anlayıb, dodaqlarını büzdü. O özü foto şəkil çekməyi sevdiyi kimi, çəkilməkdən də zövq alırdı.