Küçə qapısından içəri girər-girməz, maşının qudok səsini tanıyıb
qabağına yüyürən kiçik oğlu pilləkəndə onun dizlərinə sarıldı.
- Ata, - dedi, - axşamdan bəri fotoqraf səni gözləyir.
. - N ə fotoqraf, oğlum?
- Özün deməmisən gəlsin.
Aslanov oğlu ilə bərabər qonaq otağına girdi. Bura çox sadəcə
bəzənmiş bir salon idi. Baş tərəfdə yazı stolu vardı. Ortada böyük bir
xalı salınmışdı. Aslanov içəri girəndə, kino çoken aparatı döşəməyə
qoyub, şabalıdı rəngli kürsüdə oturan qarayanız, saçlarını ortadan ayır-
mış, yoğun, gödək oğlan hörmətlə ayağa qalxaraq onu salamladı.
- Hə, bu nə aparatdır? - deyə Aslanov qonağa əl verib zarafatla
soruşdu:
yoxsa mənim şəklimi tarix üçün yadigar qoymaq istəyir
sən? Men belə bilsəydim, “gəl” demozdim. Axı sən kimdənsə mənə
məktub gətirmişdin.
Kino operatoru gülümsədi:
- Məktub var. Burası doğnıdur. Ancaq xasiyyətinizi bildiyim üçün
ömrümdə birinci dəfə doğruya yalan qatdım.
- Məktub kimdəndir?
- Moskvadan. Mərkəzi kino-xronika studiyasından. Ümum İttifaq
ekranı üçün bəzi adlı-sanlı yoldaşları çəkməliyik. - O, paketi Aslanova
yerdi, - Sizdən xahişləri budur ki, çəkilm əyə razılıq verəsiniz.
Aslanov məktubu açıb oxudu və yenə paketo qoyub yazı stolunun
üstünə atdı.-Men sizə mövzu verirəm, - dedi. - Neftçilərimiz arasın
da çəkiləsi adamların sayı az deyil.
Operatorun qanı qaraldı:
- H ələlik icazə verin, sizi iş stolunuz arxasında heç olmasa bir-iki
metr çəkim.
Aslanov əl hərəkətilə etiraz edib, yarı ciddi, yan zarafat dedi:
- Yox, əzizim, mənim sifətim o qədər də fotogenik deyil.
Kiçik oğlu onun fikrini anlayıb, dodaqlarını büzdü. O özü foto şəkil
çekməyi sevdiyi kimi, çəkilməkdən də zövq alırdı.
Dostları ilə paylaş: |