çəksəniz daha yaxşıdır.
Operator onun daha zarafat eləmədiyini anlayıb fikrindən daşındı,
stola yanaşdı və Aslanovun gösterdiyi kürsüdo oturdu.
İstirahət saatlarında, başına gələn hadisələrdən danışmağı sevən
Aslanov, bu dəfə bərk yorulduğu üçün yalnız çay içir və arabir opera
tora deyirdi:
- Şapoşnikovu indiyə qədər niyə çəkməmisiniz? Əlli illik neftçi
stajı var. M əncə ona həm qəhrəman adı verilməli, həm də yubileyi
keçirilməlidir.
257
Operator pərt idi. Aslanovu ayrılıqda çəkə bilmədiyindən, çay da
boğazından ötmürdü. Vidalaşıb getm əyə hazırlaşanda, katib onu başa
saldı.
- Eilirsinizmi, əzizim, sizin sənətiniz gərək xalqı səfərbərliyə al
maqda kömək eləsin. Xüsusilə indiki dövrdə. Məni ruhlandırmağa eh
tiyac yoxdur. Lenti korlamaq nəyə lazım?
10
Bütün trest müdirləri kimi, Qüdrət də neftçilərin ümumi Bakı mü
şavirəsinə üç-dörd gündən çox hazırlaşmışdı. Onun tresti kəsirdən
çıxdığı üçün, indi nisbətən az həyəcan keçirirdi: “Bu gün hər halda
tərif edilənlərdən biri mən olacağam” deyə düşünürdü. Lakin fikri bu
idi ki, o, ən çox, trestindəki nöqsanlardan danışsın.
Müşavirə, Bakının ən böyük tamaşa salonlarından birində - Mirzə
Fətəli Axundov adına Dövlət Opera Teatrında çağırılmışdı. Buraya neft
trestlərinin müdirləri, baş mühəndislər, baş geoloqlar, şöbə müdirləri,
mədən müdirləri, əsaslı təmir idarələrinin kompressor təsərrüfatı şöbə
ləri, neftayıran və maşınqayıran zavodların direktorları, neftçıxaıma və
buruq ustaları, Azemeft, Azərbaycan neft zavodları kəşfiyyat birlikləri
nin, Azəmeftmaş trestinin, tikinti təşkilatlarının rəhbərləri gəldiklərin
Dostları ilə paylaş: |