Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə313/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   309   310   311   312   313   314   315   316   ...   382
Sechilmish eserleri II cild

olduğumuzu unutmuruq.
Aslanov səmimi bir əda ilə deyilən bu sözlərin ürəkdən gəldiyinə
şübhə eləmirdi. O, bütün briqadanın hər zaman necə gərgin bir diqqət­
lə işlədiyindən xəbərdardı.
- Amma şəxsən sizin bir günahınızı bağışlamayacağam, - deyə
Aslanov eyni ciddiyyətdə sözünə davam etdi, - gərək ki, sizin buruq­
da telefon var, he?
- Bəli, var.
- Telefonun yanında asılmış siyahıda menim də nömrəm yazılmış­
dır eləmi?
- Elədir.
- Bəs nə üçün m ənə zəng eləməmisiniz? Yoxsa o nömrə elə-belə,
forma üçündür?
Volkovun dodaqlarında acı təbəssüm titrədi.
- Doğrusu, mən qara xəbərləri deməkdən xoşlanmıram.
- Nahaq, nahaq! - Aslanov fırlanan rotora yaxın gəldi. - Bes gil
məhlulu zavodu sizə necə kömək eləyir?
Onlardan şikayət eləyə bilmərəm, - deyə Volkov ağır-ağır dil­
ləndi.
- Yox, gil məhlulu zavodunun günahını yumaq lazım deyil. Ora­
dakılar ümumən pis işləyirlər. Məhlulun keyfiyyətini yüksəltməyə az
fikir verirlər. Yoxsa düz demirəm?
Aslanov sıravi fəhlələrlə söhbət eləm əyə ehtiyac duyurdu. İki-üç
gün idi ki, neftçilərin ümumi Bakı müşavirəsində çıxışa hazırlaşırdı.
O, belə hallarda mədənləri daha çox gəzir, ayrı-ayrı briqadaların səsi­
ni eşitmək istəyirdi. İndi İsə uzun söhbətə İmkan yox idi. Hamı bərk
məşğul idi. Bir do mexanizmlərin gurultusu onların danışığını aydın
255


eşitməyə mane olurdu. Xüsusən Volkovun har şeyi öz günahı kimi qə­
ləm ə verdiyini görüb, ondan xeyirli bir molumat ala bilməyəcəyini
yəqin eləyəndən sonra hamı ilə salamatlaşdı, maşına minib o biri bu-
ruqlara sürdürdü və yalnız axşam saat on birdə evinə qayıtdı.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin