Ancaq yenə də onların eli bir-birindən üzülüşmədi. Bu anda Aslanovun tanış maşını sürətlə yanlarından ötdü. Onlar sükuta qərq olub, maşının dalınca baxdılar. - H aytf ki, mən orada olmadım. Bəlkə bizim buruqda imiş? - Danxma, Tahir, görəcəksən! 9
Lalənin trestində bəzi işçilər qeyri-rəsmi də olsa Volkova dördün cü buruğu tərk edib, başqa, təzə bir buruq qazmağı m əsləhət görür, burada bir şey çtxmayacağını söyləyirdilər, amma o isə əzmindən dönmür, bütün günahları öz boynuna götürüb, avariya ilə nəticələnmiş ağır səhvini düzəltmək üçün, neçə gündən bəri idi ki, yuxu və istira hət bilmədən əlləşirdi. O, nəhayət, məqsədinə çatıb, sürətli qazıma işini yenidən başladı və hədər getmiş vaxtın əvəzini tezliklə çıxdı. Bu gün proyekt dərinliyinə çatmağa cəmisi onca metr qalmışdı. Birdən Aslanovun maşını buruğa yan aldı. O, Volkovun təcrübəli və mahir bir buruq ustası olduğunu çoxdan bilirdi. Aslanov, adəti üzrə ustanı ucadan salamladı və briqadasının üzv- lərile el verib görüşdü. Volkov utandığından, onun üzünə şax baxa bil mirdi. Aslanov bunun səbəbini anlayırdısa da, dördüncü buruqda baş vermiş qəzanı bir də ustanın yadına salmamağl qərara aldığından, sual-cavabını sadə bir tərzdə başladı: -K e fin , halm, Semyon Vladimiroviç? 254
Volkov günahının böyüklüyündən danışmaq istəyəndə Aslanov onun sözünü kəsdi: - Mən o barədə soruşmuram, - dedi, - istintaqa ara verməyi çoxdan əmr eləyiblər, deyilmi? - Bəli, Aslan Teymuroviç, elədir. Çox sağ olun! - Biz səhlənkarlıqla səhvi bir-birindən fərqləndiririk. Ancaq yol daşları başa salın ki, dövlətimizi həyəcanlandıran birinci növbədə fəh lənin həyatıdır. - Elədir, Aslan Teymuroviç, lakin biz də hər bir manat üçün məsul