hamısı onların trestlərini tərifləmişdi. - Biz özümüzü haqlı olaraq qabaqcıl adlandırırıq. Lakin unuduruq ki, bu şərəfli ad bizim boynumuza əlavə vəzifələr qoyur. N ə üçün neft planı az dolmuşdur? -- Az? - deyə Qüdrət qeyri-ixtiyari səsləndi. - Ona görə ki, biz hələ də pis işləyirik. Bəli, bəli, pis. Bütün plan üç-dörd trestin hesabına dolmuşdur. Bəs qalanları? Planları dolduran trestlərin müdirləri bundan belə bir nəticə çıxarmamalıdırlar ki, guya onlarrn fəaliyyəti tərifə layiqdir. Xeyr! Onlar planı bir-iki mədənin hesabına doldururlar. Bu nə deməkdir? Bu yol artıq köhnəlmişdir! Salon elə səssizdi ki, Aslanov bir an susanda, adamların qulağı cingildəyirdi. - Plan nodir? Plan qanundur. Ona əm əl etmoyənlər dövlət qarşı sında məsuldurlar. Burada oturanların hamısı, demək olar ki, Aslanovun xasiyyətinə bələddi. O, yalnız ümumi həqiqətləri deməklə kifayətlənməyəcəkdi. Bu, Qüdrətə də, Laloyə də gün kimi aydındı. Doğrudan da katib bir- iki cümlədən sonra heç bir kağıza baxmadan trest rəislərinin, raykom katiblərinin, mədən müdirlərinin, buruq ustalannm, mühəndislərin hətta ayrı-ayrı briqada üzvlərinin adını çəkə-çəkə, mahir bir teııqİd ustası kimi, onların işinə mane olan səbəbləri sadə və aydın bir dillə açıb söylədi: B elə geniş və mosul bir müşavirəyə ilk dəfə gəlmiş tək-tək adam lar Aslanovun bu qədər faktı yadında saxladığına bir növ inana bil mirdilər. Hətta Qüdrət özü onun qüvvətli hafizəsinə indi də təəccüb edirdi: “Mən öz trestimdə işləyənlərin admı onun qədər bilmirəm”. Lalə Qüdrətə san əyildi: - Bax, bax, indi bizim trestlərdən elə bir əhvalat danışacaq ki, hələ nə sənin, nə də mənim xəbərim var. Qüdrət təsdiq işarəsi olaraq kirpiklərini qırpdı: