İlə qapı ağzında dayanmış Qüdrəti göstərəndə, elə bil qurbağa gölünə daş atıldı. Bəziləri ayağa qalxıb, skamyada trest müdirinə yer göster- dilər, - Əyləşin, əyləşin! - deyə Qüdrət papirosunu çıxarıb, avtomatik alışqanla yandırdı vo bir-iki qullab vurandan sonra imtahanedıci nə zərlərini kapitanların üzündə gəzdirdi. Onların hamısı cavandı. - Görürəm, işsizlikdən darıxırsınız, deyə Qüdrət zarafat tərzində sözə başladı. — Denizə heç kimi məcburi göndərməyəcəyəm. Kim is təsə, o gedəcək. Xəbərdarlıq edirəm: ehtiyat vo iradə lazımdır! Hamı hipnoz olmuş kimi, Qüdrətin gözlərinə baxırdı. Birdən yan tərəfdon “Çapayev” qayığının kapitanı dilləndi: Bunların arasında yenə də mənim az-çox təcrübəm var, izıtı verin aparım. - İzin verin... - deyə Qüdrət onu yamsıladı. - Mendən niyə izin is təyirsən? - Əlini ürəyinin üstünə vura-vura əlavə etdi: - Hər şey hun dan asılıdır. - Çətindir, yoldaş İsmayılzadə. Men usta Ramazanı aparanda az qala batmışdıq. Lodka elə qalxıb-düşürdü ki, başımız buluda dəyirdi. - Bilirəm, bilirəm, - deyə Qüdrət yeno papirosunu tüstülətdi- “Çapayev”in kapitanı iri, qonur gözlərilə necə baxdısa da, Qüdrət onun baxışlannda: “bilirsənsə, daha niyə göndərirsən?” sualını
oxudu. - Bu gün
dördüncü sutkadır yoldaşlarımız ac-susuz işləyirlər- indi y ə kimi
özləri do razı olmurdular. Amma görünür daha tab gətirmirlər.
Bircə hovurluğa Özünüzü onların yerindo təsəvvür edin. Ac ola-ola, bir dəqiqə*də işi dayandırmayıblar. Kim könüllü getmək istəyir? -