Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


vardı. Lakin Lətifə görünmürdü. Tahir onun bu gün gəlmədiyini fikir­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə88/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   84   85   86   87   88   89   90   91   ...   382
Sechilmish eserleri II cild

vardı. Lakin Lətifə görünmürdü. Tahir onun bu gün gəlmədiyini fikir­
ləşəndə, qəlbi həyəcanla çırpındı. O, bir də mədəni budkaya doğru
baxdı: “Bəlkə xəstələnib? “ - deyə öz-özündən soruşdu.
Bu anda Tahir onun addım səslərini eşidib, sərt bir hərəkətlə sağ
tərəfinə döndü.
Onlar bir an sükut edərək bir-birilərinin üzünə baxdılar. Tahir
lə t ifə y ə nə isə demək istəyəndə, qayıqdan düşən fəhlələr gəlib onla­
rın yanından keçdilər. Hər İkisi dinməyib, fəhlələrin uzaqlaşmasını
gözlədi.
Tahirin baxışlarından yenə də utancaqlıq sezilirdi. O ürəyindən
keçəni deyə bilmirdi. Nəhayət Lətifənin x ə fif və incə bir təbəssümlə
güldüyünü görüb ürəklənən Tahir:
- Axşamın xeyir, Lətifə! - deyə onu salamladt v ə səsinin titrədi­
yini hiss edib udquna-udquna duruxdu.
. Lətifə onun salamım aldı, nə üçün belə gec gəldiklərini soruşdu.
Tahir, söhbət etmək üçün əlinə yaxşıca fürsət düşdüyünə sevindi:
- Qayığı gözləyirdik. Kapitan yenə də haradasa içm əyə getmişdi.
Lakin bu söhbet Lətifə üçün de, Tahir üçün də maraqlı deyildi.
Tahir onun tələsdiyini duyub soruşdu:
- Sən hara?
- Növbəm qurtardı, bizim mədəniyyət sarayına “Koroğlu” gəlir.
Tahirin dodağındakı təbəssüm silinib yox oldu və o
qaşqabağını
sallayıb, gözlərini yerə dikdi. Lətifə də, dediyinə peşman olmuş kimi,
söhbətin istiqamətini dəyişmək istəyərək, Tahirin qoltuğundakı sazı
göstərib, yenə eyni yumşaq və mehriban səsilə soruşdu;
- Özüyündürmü?
- Anam kənddən yollayıb, Ürəyim darıxırdı.
76
Lətifə qaşlarını azacıq yuxarı qaldırıb təəccüblə soruşdu:
- Yəni çala bilirsən də? Bir az bundan qabaq oxuyan kim idi?
- Mən.
- Elə isə qiyamətdir ki...
Tahir, həyəcandan parıldayan gözlərini Lətifədən gizlətmək istə­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin