Ancaq indiyə kimi dəniz sahilində yatıb-qalmışdı. Usta Ramazan acı ğından ora-bura vurnuxaraq, təchizat işlərinə baxan Bədirlini qaba sözlərlə söyür, qazıma idarəsinə zeng edir, heç kimi tapa bilməyib, axırda Qüdrəti axtarmağa məcbur olur, onu kabinetində tapmadığı üçün daha da qam qaralırdı. Ən axırda o “Çapayev” qayığın kapitanı na zəng edib: - Gəl, məni trestə apar! - dedi. Qayıq gəldi və usta İsmayılzadəyə şikayətə getdi. Bu zaman buruqlar arasından siyrilib çıxan ay buruğu işıqlandırdı. Aym kəsik şüalan indi sakit-sakit ləpələnən dənizə əks etdikcə, dal- ğacıqlar gümüş pullar kimi parıldaşırdı. Tahirlə Cəmil quyudan kənarda, işə yaramayan qazıma borularının üstündə oturdular və şəhərə doğru baxdılar. Bu gün Bakı ele bil həm i şəkindən də gözəldi, Şəhərin belinə yarımqurşaq kimi dolanan minlərcə sahil işıqları yerə səpilmiş ulduzlar kimi sayrışırdı. Sanki bu işıqlar sulara tökülmüş ve dənizin dibinə enmişdi. Cəmil, yarımdairə halında uzanıb gedən sahili göstərib dedi: - Bax, mən bu ulduzları deyirdim. Yaxşı bax! Tahir heç bır söz demədi. Lətifədən ayrılandan sonra onun könlü açılmırdı. Cəmilin mənalı gülüşləri, usta Ramazanın sərt baxışları qəl binə berk toxunmuşdu. Lakin məhz bundan kədərləndiyini Cəmilin qarşısında etiraf etmək çətindi. Gözləri sahilə zillənmişdisə də, sayrı şan elektrik işıqlan əvəzinə hər yerdən Lətifə ona baxır, deyəsən o da Cəmilin kinayəsində həqiqət olduğunu təsdiq edərək, istehzalı bir tə bəssümlə gülürdü. - Hə, necədir? — deyə Cəmil əlini onun böyrünə toxundurduqda, Tahir fikrindən aynldı və incik halda başını bulayaraq Cəmilin üzünə baxdı. - N ə olub sənə? Bəlkə dediklərim xətrinə dəyib, — deyə Cəmil tə