qonşularının qızı Fəridəyə vurulmuş və müsəlman qızım sevməyin nə dərəcədə qorxulu olduğunu dərk etməyə başlayandan sonra da bu m ə həbbətini ürəyindən qoparıb ata bilməmişdi. Bunu etiraf eləm əyə cə sarəti çatmasa da, hərəkətlərindən, baxışından Sergey bunu aydın hiss edirdi. Fəridə yaxşı bilirdi ki, bu əhvalatdan ata-anası xəbər tutsa, şə hərdə rüsvay olmamaq üçün, hər halda onu sağ qoymayacaqlar. Rusa ərə getmək zəmanənin adətinə, ənənəsinə müğayir bir işdi. Nəhayət Fəridə on səkkiz yaşma çatanda onu bir başqasına ərə verməli oldular. Qız nə qədər ah-vay qopartdısa da, özündən otuz yaş böyük dul bİr ki şinin vanna, dövlətinə satılmaqdan yaxa qurtara bilmədi. Lakin bun dan sonra da Sergeyin məhəbbəti sönmədi. O, fəhləliyə getdisə də, Fəridəm bİran belə yadından çıxarmadı. Hər axşam Fəridegil yaşayan hündür binanın qabağında dayanır, xeyli müddət onların pəncərəsinə 79
baxır, Fəridəni görə bilməyib, kədərli halda evə qayıdırdı. Günlərin birində Fəridə ərinin evindən ata-anasıgilə qonaq gəldi. Qızın vərəm li sifətinə baxanda, Scregeyİn kədəri daha da artdı. Uç ay belə keçməmiş Fəridənin ölüm xəbəri bütün m əhəlləyə ya yıldı. Sergeyin necə dərin bir həyəcan keçirdiyini yalnız ata-anası deyil, qonşuları da duyurdular. O, toziyə yerinə gələndə, özünü saxla ya bilməyib, hönkürtü ilə ağladı. Tanışlar bunun səbəbini Fəridə ilə Sergeyin ta uşaqlıqdan yaxın qonşu olmaqları ilə izah edirdilər. Əsil həqİqoti yalnız Fəridə ilə Sergey bilirdi. Qız bu sirri Özü ilə bərabər qəbrə apardı. Sergey Timoteyeviç otuz iki yaşma çatıncaya qədər evlənmədi. Lakin nəsillərinin kəsilməyi ona ağır gəldi. Axırda indiki arvadım aldı