Bakı neftçilərinin çox danışmağı sevmədiklərini vo onların nəzə rində iş görmək əvəzino nitq söyləməyin ne qədər ağır bir söyüş ol duğunu çoxdan bilən müxbir, ustanın yalnız ış xatirinə bu qedər uzun danışdığını görüb, onun dediklərini de cib dəftərçesinə yazmaq istəyirdi, ancaq yazmağa başı qanşanda elə bil qocanın sözləri arasındakı rabitəni yaxşı qavraya bilməyəcəyindən qorxub, bütün diqqətini topladı və əlini çənəsinə dayayıb, yenə qulaq asmağa başladı. Ramazan isə, ürəyindəki yanğını söndürmək istəyirmiş kimi, sözlərinə ara vermədən deyirdi: - Əgər mən işləyəndə gözümün qabağına fabriklərimizi, zavodla rımızı gətirməsəm, etə bil biyara gedirəm. Gərək saatla yox, viedanla işləyəsən. Vicdanın yoxdusa, çəkil nöyütden, get Özünə ayn peşə tap! Müxbir zarafatla usta Ramazanın sözünü kəsdi: - M əgər ayn peşədə vicdan lazım deyil? Ramazan eyni ciddiyyətlə ona da cavab verdi: - Əlbəttə lazımdır. Ancaq mətləb burasındadır ki, nöyütde vicdan da azlıq eləyir. Görək damarlarında qanla bahəm nöyüt də axsın. Uzun sözün qısası, qoca usta sözünün ahəngini yumşaldıb Qüdrətə üz tutdu, - uzun sözün qısası, xahişim budur ki, mənim İşimi dayandırma sınlar, bu gecə nə təhər olsa qazıma borularını məno çatdırsınlar. Usta özü də uzun danışdığını hiss etdi, bir anlıq sükutdan sonra ba şını bulayıb, dediklərinə yekun vurdu. - O qədər danışdırırlar ki, adamı... Bu halda Qüdrətin stolu üstündəki şəhər telefonun zəngi cingildə- di. İsmayılzadə dəstəyi götürdü: * - Yoldaş Bədiili, - dedi, istirahət yaxşı şeydir,,, Böli... 155-ci bu ru ğun qazıma borularını nə üçün indiyəcən sahildə qoymuşunuz? Gəmi vermirlər? Almaq lazımdır. Almağı bacarmaq tazımdır, yoldaş