Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


- Elə mən özüm də mədənə təzə gələndə, öz qabağımdan yeyən



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə103/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   99   100   101   102   103   104   105   106   ...   382
Sechilmish eserleri II cild

- Elə mən özüm də mədənə təzə gələndə, öz qabağımdan yeyən
deyildim, - deyə Ramazan çal bığlarının altından qımışdı. - Amma
yenə də fikrim-zikrim elə o köhnə daxmamızda idi. Ha çalışırdım ki,
puldan-paradan düzəldib ora qayıdım.
İsmayılzadə nüfuzedici bir nəzərlə ustanın gözlərinin içinə baxıb,
iki-üç dəfə başını buladı:
- O zamanlarla indinin fərqi çoxdur, usta. İndi gənclik Bakını
sevir. İndi Bakı onlar üçün işıq və bilik mənbəyi olmuşdur. Hamısı bu­
raya ideal kimi baxır. Elə deyilmi?
- Elədir. - Qoca köksünü ötürdü. İsmayılzadə de bunun mənasını
dərhal başa düşdü. - O zaman biz katorqadan qaçırdıq. Bakının mə­
dənlərində cəhənnəm əzabı çəkirdik. İndi işləm əyə nə var ki?
Aralığa ağır bir sükut çökdü. Qüdrət birdən ustanın qoca arvadım
xatırladı. Qüdrətin ailəsilə Ramazamnkı arasında qədim bir dostluq
vardı. Qüdrət:
» - Məndən Nisa xalaya salam söylə, usta! - dedi. - Onu çoxdan
götməmişəm. Gərək bu günlərdə gedib düşbərəsinə qonaq olam.
- O da gözüm üstə! - deyə Ramazan Qüdrətə ve müxbirə əl verib,
yaşına görə çox gümrah v ə cəld addımlarla kabinetdən çıxdı.
Müxbir də ayağa qalxdı:
- Qiyamət qocadır! - dedi, - mon belə sadə insanların hər bir sö­
zündə dərin bir məna görürəm. Sabah mütləq onun buruğuna gedəcə­
yəm.

çıxandan sonra, kabinetində tək qalan Qüdrət evinə zəng etdi.
Cavab almadıqda fikirli-fikirli ayağa qalxdı, otaqda gəzinm eye başla­
dı. Son günlər içərisində arvad-uşağmı büsbütün unutduğu üçün Özünü
'danladı, yığışıb evə getmək qərarına gəldi v ə stolun siyirməsini bağ­
ladı. yenə katibəsini çağırdı.
88
- Get, istirahət elə, evi də bir dəfəlik yaddan çıxarmaq olmaz.
Katibə də narazılığını gizlədə bilmədi.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin