- Elə mən özüm də mədənə təzə gələndə, öz qabağımdan yeyən deyildim, - deyə Ramazan çal bığlarının altından qımışdı. - Amma yenə də fikrim-zikrim elə o köhnə daxmamızda idi. Ha çalışırdım ki, puldan-paradan düzəldib ora qayıdım. İsmayılzadə nüfuzedici bir nəzərlə ustanın gözlərinin içinə baxıb, iki-üç dəfə başını buladı: - O zamanlarla indinin fərqi çoxdur, usta. İndi gənclik Bakını sevir. İndi Bakı onlar üçün işıq və bilik mənbəyi olmuşdur. Hamısı bu raya ideal kimi baxır. Elə deyilmi? - Elədir. - Qoca köksünü ötürdü. İsmayılzadə de bunun mənasını dərhal başa düşdü. - O zaman biz katorqadan qaçırdıq. Bakının mə dənlərində cəhənnəm əzabı çəkirdik. İndi işləm əyə nə var ki? Aralığa ağır bir sükut çökdü. Qüdrət birdən ustanın qoca arvadım xatırladı. Qüdrətin ailəsilə Ramazamnkı arasında qədim bir dostluq vardı. Qüdrət: » - Məndən Nisa xalaya salam söylə, usta! - dedi. - Onu çoxdan götməmişəm. Gərək bu günlərdə gedib düşbərəsinə qonaq olam. - O da gözüm üstə! - deyə Ramazan Qüdrətə ve müxbirə əl verib, yaşına görə çox gümrah v ə cəld addımlarla kabinetdən çıxdı. Müxbir də ayağa qalxdı: - Qiyamət qocadır! - dedi, - mon belə sadə insanların hər bir sö zündə dərin bir məna görürəm. Sabah mütləq onun buruğuna gedəcə yəm. O çıxandan sonra, kabinetində tək qalan Qüdrət evinə zəng etdi. Cavab almadıqda fikirli-fikirli ayağa qalxdı, otaqda gəzinm eye başla dı. Son günlər içərisində arvad-uşağmı büsbütün unutduğu üçün Özünü 'danladı, yığışıb evə getmək qərarına gəldi v ə stolun siyirməsini bağ ladı. yenə katibəsini çağırdı. 88
- Get, istirahət elə, evi də bir dəfəlik yaddan çıxarmaq olmaz. Katibə də narazılığını gizlədə bilmədi.