unudanlar və şagirdə artıq yük kimi baxanlar az deyildi. H ələ kənd ca- vanlanndan dəstə-dəstə gəlib neft sahəsində işləyən və bir azdan sonra həvəsdən düşüb geri qayıdanlar da vardı. Ramazan bunun güna hını buruq ustalannda görürdü: “Özlərindən başqa heç kəsi istəmirlər. Axı onlar ölüb gedəndən sonra niyə deməsinlər ki, bax, filan cavan ustam filankəs yetirib?” - Mən ki, çox razıyam, - deyə o, bır az da qəti və möhkəm ifadə ilə təkrar etdi. - Bir kərrə başa saldınmı o saat yadında qalır. Amma hayıf ki... İsmayılzadə: - N ə hayıf ki? - deyə sözünü kəsdi... - Hayıf ki, bir gözü evlərindədir. — Qoca usta Qüdrətin qaşqabağı nı turşutduğunu görəndə sözlərinin ona pis təsir bağışladığını düşünüb tezcə də əlavə etdi. - Mən ona baxanda həm işə cavanlığım yadıma düşür. Mən də Tahir kimi bir az ters idim. Hər yetənin sözünü götür məzdim. Ramazan bu domdo Bakıya gəldiyi zamanları xatırladı. Atası rənc bər idi. Kəndin bəyindən yer alıb əkər, məhsulun yalnız altıdan birini özü götürərdi. Ramazan on yeddi yaşında idi. Günlərin birində bəyin 87 C 2 V
bığıburma cavan oğlu at belində xırmana gəldi və Ramazanın atasını məhsulu gizlətməkdə təqsirləndirib, yamanlamağa başladı. Ramazan buna düzməyib, bey balasına yağlı bir söyüş söydü. Onlar dalaşdılar. B əy balası atım məhmizləyib getdi. Ramazanın atası öyüd-nosftıət verib neçə dəfə “get, bəydən üzr istə” dedisə də, Ramazan buna razı olmadı “acından ölsəm də ənun qabağında1 əyilm əyəcəyəm ” deyib durdu. B əy o il torpağını icarəyə verməkdən boyun qaçırdı, onları naşükürlükdə təqsirləndirdi. Amma Ramazan yenə də inadından dönməyib, Bakıya fəhləliyə gəldi.