- Özünüz neçə gündən bəndir bir dəfə də evdə olmamısınız. Lalə bacı axşamdan bəri zəng eləməkdən yorulub. - Mən də gedirəm. - İsmayılzadə qəti addımlarla qapıya yönəldi, Ancaq bu anda daxili telefonun zəngi səsləndi. O, geriyə dönməyə məcbur oldu və cəld dəstəyi götürdü: Mənəm, Necə? Avariya? Hansı buruqda? Katibə təəssüflə başını bulayıb çıxdı. - Gəlirəm, bu saat gəlirəm! Qüdrət dəstəyi az qala yerinə çırpıb, yüyürək addımlarla kabineti tərk etdi. Ev-eşik yenə yadından çıxdı. Maşında uzanıb yatmış şoferi ni oyatdı, ucadan səsləndi: - Yüz əlli dörd!.. Maşııı sürətlə dəniz sahilinə doğru şütüdü. On dəqiqədən sonra qayığa minib, sahildən iki kilometr uzaqdakı yüz əlli dörd nömrəli deniz buruğuna çatdı. Qayıqdan düşüb avariya olduğu yerə yanaşdıq da, fəhlələrin qan-tər içində palçıq fantam ilə vuruşduqlarını gördü. Belə hallarda tez və qəti tərpənən Qüdrət, fantanın səbəblərini dərhal aydınlaşdırıb, quyunun ağzına altı düyməli bir qapaq vurmala rını əmr etdi. Bunu demək nə qədər asandırsa da yerinə yetirmək bir o qədər təhlükəli v e çətindi. Quyudan çıxan daş qırıntıları güllə kimi iti gəlir və qabağına keçən hər şeyi əzişdirirdi. İsmayılzadə gənc fəh lələrin qorxub geri çəkildiklərini görəndə, onları cəsarətləndirmək üçün özü irəli atıldı. - Qorxmayın, uşaqlar, - dedi, - ay ay, ay! Nədən qorxursunuz? Dalımca gəlin! Cavanlar İsmayılzadənin çox yumşaq bir səslə dediyi bu sözlərdən ürəklənib quyunun lap yanındakı qapağa tərəf gəldilər. Bu anda daha da bərk uğuldayan quyudan palçıqla qarışıq daşlar fəvvarə vurdu. Ca vanlar yenə qorxub geriyə sıçradılar. Ancaq İsmayılzadonin qaçmadı ğım görüb yenə də ona yanaşdılar.