eləm əz... Bu anda buruğun işıqları titrədi. Hamı dönüb bir səmtə baxdı. Yekə bir qayıq buruğa yan almışdı, ismayılzadənin sifətində yenə öz adi təbəssümü parıldadı. Bədirli qazıma borularım gətirəndə düz saat ikinin yansı idi... O, qayıqdan düşüb buruğa qalxanda İsmayılzadəni görüb sevindi: “Yaxşı oldu, özü gördü” deyə düşünüb derindən nəfəs aldı. - Ohh... Gülo-gülə adamın boğazını kəsir! — deyə öz-özünə pıçıl dadı... 91 < 3 ^
ÜÇÜNCÜ FƏSİL
1 İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Deniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərokət edib cənuba doğru sürünür dü. Gecədən əsm əyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bo zumtul, qırmızı rəngə çalırdı. Buruqda çalışan fəhlələr isə, hər şeyi unudub, boş keçən saatların əvəzini çıxmaq üçün təzə boruları quyuya sallayırdılar. Ramazan bir an belo fəhlələrdən aralanmır, en adi işlərə diqqət yetirir, tələsmədən gah Cəmili, gah da Tahiri başa salırdı. Günəş qalın buludları yırtıb hor tərəfə işıq saçanda artıq rotor adi, yeknəsəq səsilə fırlanırdı. Qazıma işi axşamkı sürətlə davam edir, hər kəsdə gərgin bir diqqət nəzərə çarpırdı. Lakin Tahirin fikri yenə kənddə və anasının yanında İdi, İndi onun ürəyini ana həsrəti göynədirdi. Bütün həyatı boyu anasından bu qədər ayn yaşadığı yadına gəlmirdi. Burda hər şeyi bəyənir, hər şeydən zövq alırdısa da, ana nəvazişinin və ana qayğısının yoxluğunu hiss etdikcə, balaca bır uşaq kimi qəribseyirdi: “O burada olsaydı, Bakını heç nəyə