dan qabaq gövdəsini qılınclayan elə usta özü olacaq. “Çapayev” buruqdan uzaqlaşdı. Cəm il Lətifənin gəlm əməsindən pərt olmuş zənn etdiyi Tahire baxa-baxa güldü: - Tahir, niyə oxumursan? - dedi. - Bir ağız desənə, qulaq asaq! Tahir tutqun baxışı ile yoldaşlanmn bu təklifini çox yersiz saydı ğını hamıya bildirmək istədi: - Səhər-səhər heç Bülbülün d ə səsi yaxşı çıxmaz. Bir də, kənar dan baxanlar bizə nə deyər? Soruşmazlarmı bunlann kefi myə qalxıb? Cəmil israr etmədi. Sakit-sakit ləngər vuran qayıqda o biri yoldaş ları dərhal mürgülədiklərindən, bu xahişinin üstündə durmayıb susdu. Tahir birdən Lətifəni xatırladı. "Bəs o?” deyə öz-özündən soruş du v e iş bir az çətinləşəndə tez kəndə qaçmaq fikrinə düşdüyü üçün özünü danladı. Bu andan etibarən Lətifə onun xəyalından ayrılmadı. Uzaqdan-uzağa sahildə gözlədlə Lətifəni aramağa başladı. Burada qaynaşan adamlar içərisində onu görmək çətin olsa da, Tahir bu arzu sundan əl çəkmədi v ə Lətifəyə oxşatdığı bir qızı gözdən qoymayıb, ta qayıq körpüyə yan almcaya qədər ona baxdı. Lakin Tahir zənnində ya nılmışdı. Lətifə de, o biri fəhləlar de hele görünmürdülər. Get-gedə sifəti daha da tutqunlaşan Tahir, Cəm ilə baxdığı zaman onun dodaqlarında yenə x ə fif bir kinayə oxudu v ə üzünü ondan gizlət mək üçün başqa bir səmtə döndü. * “Çapayev” sahilə yan alanda, Lətifə ilə fəhlələr körpünün yeddİ- səkkiz addımlığındakı birmərtəbəli kiçik binanın arxasından çıxdılar. O dəmdə Tahirin eyni açıldı. Lətifə ilə üz-üzə gələn kimi: - Sabahın xeyir! - dedi. Lətifə no üçünsə pərt idi. Qaşları düyünlənmişdi. O, Tahirin sala mına çox soyuq cavab verdi ve gözlərini tez ondan çekib uzaqlaşmaq istədi. Tahir onun kefsiz olduğunu yalnız indi duyub yavaşcadan: