lar, bütün dünyanın qabağında üzümüzü ağ elədilər. Çəkdiyim zəhm ə tə heyfsilənmirəm. Bircə uşaqlar da gəlib çıxsaydılar, ayrı dərdim olmazdı. Şofer maşını yavaşıtdı v ə azca sağa tərəf çevirib qabağı izdihamla dolmuş vağzala sürdü, sonra qoca ustaya yenə təsəlli verdi: - Gələrlər, gələrlər, Ramazan dayı. Axı heç demirsən vağzala niyə gəldin? - Bu saat bilərsən. - Usta maşından düşüb, işıldayan pilləkənlə yuxan qalxdı və Tahiri axtarmağa başladı. Ancaq sağa-sola vurnuxan adamlar İçərisində onu tapmadığı üçün, qapıda durmuş qadına yanaşıb Bakı - Tbilisi qatanmn yola düşdüyü vaxtı soruşdu. Qadın, nizamı pozan adamlara qışqırmaqdan tutulmuş səsilə cavab verdi: - On dəqiqədən sonra. 104 C 2 V
Usta çevik addımlarla perrona çıxdı. Birinci yolda dayanmış qa tara yan aldı. Pəncərədən başım çıxardıb yaxın adamları İlə ucadan söhbət edənlərə, biletini konduktora göstərib içəri girənlərə, əlin dəki iri çamadanını sürüyə-sürüyə öz vaqonunu axtaranlara baxa- baxa o başa-bu başa gedib-gəldi. Ancaq Tahiri yenə tapa bilməyib kor-peşman qayıtdı, vağzalın çıxış yolunda dayandı v e Tahirdən əlini üzüb tamam məyus oldu. “Vaqonları gəzsəm , qorxuram m ən dən sonra gəlib keçə, görmərəm” deyə düşünüb, buradaca g özləm ə yi qərara aldı, yenə də qapıda durmuş qadından soruşdu: - Vaxtına çoxmu qalıb? - Vətondaş bir dəfə dedim ki!.. Usta, uzaqdan-uzağa vaqonların pəncərəsindən İçəri boylandı. Dördüncü vaqonda, açıq pəncərədən başını çıxarmış bir oğlanı Tahirə oxşadıb, sevincək halda ona tərəf yeridi, ancaq yaxına gəldikdə, Tahir olmaduğmı görüb, daha da qanı qaraldı. Bu anda İsmayılzadənin şoferi də perrona çıxıb, ustaya yanaşdı: