Tahirlə bir vaxtda soyunub yerinə girmiş Cəmil isə çoxdan yatmışdı. Kim bilir, bəlkə də Tahirə belə görünürdü? Onun Lətifəyə dair deniz sahilində zarafat tərzilə dediyi sözlər Tahirin könlünə to xunduğu üçün, ta indiyə qeder Cəm illə bir kəlmə də danışmamışdı. - Olsun! - deyə Tahir pıçıldadı, anasının məktubunu bir də açıb oxudu, sonra qatlayıb zərfə qoydu, yerindən səssizcə qalxdı, hər an ehtiyatla ətrafına baxaraq paltarını geyindi. İş paltarını səliqə ilə büküb çarpayısının başından asdı. Diqqətlə Cem ilə nəzər salaraq, onun bərk yatdığım yəqin etdikdən sonra ayaqlarının ucunda yeriyib çarpayısının aşağısındakı tumboçkam açdı, oradan heybəsini çıxardı. Sonra yastı ğının altından yun şərfini götürüb heybəyə qoydu, Parakəndə halda pəncərənin qabağına tökülmüş kitablarını da götürüb heybənin o biri gözünə doldurdu. Oranı-buranı axtardı. Uzunboğaz çəkmələrini qəze tə bükmək istərkən, xışıltı Cəmili oyatmasın deyə qəzeti bir tərəfə atdı, çəkmələrini də elə tozlu-tozlu heybəyə basdı, yenə diqqətlə C ə milin üzünə baxdı. Bu dəmdə onun üzündə çətinliklə sezilən istehzalı 101
bir təbəssüm oxuyub, bir an duruxdu: “Bolkə yatmayıb?” deyə şübhə li-şübhəli özü-özündən soruşdu. N əfəsini belə çəkmədən yenə gözlə di. O istehzalı təbəssüm Cəmilin dodaqlarını, sonra da yanaqlarım bü rüdü. “Yatmır” deyə düşündü, iki-üç dəfə qəsdən öskürdü. Yox, Cəm il gözlərini açmadı. Demək, Tahirə belə görünürmüş... Pınldaşaraq uçuşan sərçələrin səsi Tahiri səksəndirdi. - Cəhənnəmə ki! - deyə o, sazım qoltuğuna vurdu, heybəsini çiy nindən asaraq dırnaqlarının ucunda, səssizcə addımlarla yeriyib qapım açdı v ə çiyni üzərindən geriyə baxaraq otaqdan çıxdı.