Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


- Niyə qanın qaradır? - deyə xəbər aldı



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə116/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   112   113   114   115   116   117   118   119   ...   382
Sechilmish eserleri II cild

- Niyə qanın qaradır? - deyə xəbər aldı.
Bu dəfə Lətifə elə baxdı ki, elə bil gözlərində “sənə nə?” sözlori
yazılmışdı.
- Bağışla ha... Dem ə ki, Tahir heç nə qanmır. Görürəm kim isə
xətrinə dəyib.
98
<
2
V
- Əlbəttə dəyib. Hamı qanacaqh olsaydı, daha milis nəyə lazım idi?
- Axı nə olub ki?
Lətifə deyəsən pərtliyinin səbəbini açıb söyləm ək istəmirdi. Tahir
də bənd olmayıb söhbətin mövzusunu deyişdi:
- Bu axşam teatra gedəcəksənmi?
Lətifənin qaşqabağı yenə açılmadı:
- Yox!.. - deyə qısa v ə sərt cavab verdi.
- Axı nə olub ki?
- Bundan artıq nə olacaq? Gündüzün günorta çağı böyürdən çıxıb
m ənə sataşır.
- Kim axı?
- O qarmonçalan Mişanın briqadasında Hüseynqulu var ha...
- Tanımıram.
- Tanımasan yaxşıdır. Elələrilə mən özüm hesablaşaram. Səhər-
səhər haradasa içib, küçə uşaqları kimi ağzına gələni danışırdı.
Tahir qəzəbindən udqundu:
- Olmaya pis söz dedi?
Lətifə gözlərini yerə dikdi:
- Elələrini şəhərdən sürgün eləsələr də azdır...
Qızın səsində çox əsəbi bir nida vardı. Dişlərini qıcadığı aydın gö­
rünürdü, - Mən axşam qayıdandan sonra ustasına deyib dərsini verdi­
rərəm. Xalqın uşaqları boş vaxtını oxumağa sərf eləyir, amma bu...
Tahir Lətifənin qayığa tələsdiyini göriib, ne isə bir söz demək, ona
təsəlli vermək istədi.
- Tək niyə gəlirsən kİ?
Bu sual Lətifəyə daha da toxundu.
- Bəs kiminlə gəlim?
Tahir tutulub dinmədi. Utanmasaydı, “məndən yaxşı kavaler?”
deyərdi.
- Dem əli, teatra getmirsən?
Lətifə indiyəcən heç bir oğlanla teatra getməmişdi. Dedi-qoduya
səbəb olmaqdan çəkinirdi. O, bəzən atası ilə, bəzən anası İlə, çox vaxt

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin