Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə124/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   120   121   122   123   124   125   126   127   ...   382
Sechilmish eserleri II cild

- N ə oldu? Gəlməyib?
- Yox.
- Axı kimdir, bəlkə çıxıb-gedib?
- Yox, hələ get...
Ustanın sözü ağzında yarımçıq qaldı. Qoltuğunda göy torbalı saz,
çiynində bəzəkli heybə perrona yönələn Tahir göründü. O, Ramazanın
böyründən sürətlə vaqonların birinə san yüyürəndə, usta onu çağırdı:
- Tahir!
Tahir dönüb baxan dəqiqə yerində donub qaldı. Usta onunla üz-
üzə gələndə, Tahir təəccübdən böyümüş gözlərini ona zilləyərək, ud­
quna-udquna soruşdu:
- Kimi qarşılayırsan, usta?
- Heç kimi. Gəldim ki, səni yola salım. Sən vəfasızsan, m ənə nə
olub?
- Bunu senə kim xəbər verdi?
- Dünya xali deyil, bala, dünyada yaxşı adamlar da var...
Usta Ramazan mənalı-mənalı başını tərpədib dodaqaltı güldü.
105


Ramazan, yarım saat bundan əvvəl bağçasından dərdiyi gül-çiçək
dəstəsilə içəri girəndə, arvadı Nisa qan onun nə üçünsə həyəcanlan­
dığını hiss edib, səbəbini soruşdusa da, tez-telesik ayaqqabısını geyi­
nən v ə hətta əlində tutduğu gül dəstəsini stolun üstünə atan qocadan
heç bır cavab ala bilmədi, oniın içəri girdiyi kimi də tez çıxıb getdiyi­
ni görəndə, pəncərədən dinm əz-söyləm əz onun dalınca baxdı. G özlə­
ri bağçanın qırağında dayanmış Cəm ilə sataşanda, “yəqin buruqda bir
şey olub” deyə düşünərək sakit oldusa da, bir neçə an sonra ərinin nə
üçün məhz belə tələsik getdiyinin səbəbini fikirləşəndə, ürəyinə
uğursuz bir şübhə damdı. Ona elə gəldi ki, buruqda adi bir hadisə yox,
ne isə müdhiş bir fəlakət üz vermiş, bu səbəbdən də qoca özünü
tamam itirib, bağçadan gətirdiyi gül dəstəsini həmişəki kimi yemək
stolunun üstündə duran gülqabına qoymağı belə unutmuşdu.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin