- Qəm yemə, usta, mən də qardaşımdan elimi üzmüşdüm. Dünən kağızı gəldi. Sağ-salamatdır. Sən demə partizan olubmuş. Fransa kom munistlərinin dəstəsində imiş. Əsirlikdən qaçıb, düz iki il vuruşub... - Tokİ mənimkilər də elə olsun... 103
- Qara xəbərləri gəlm əyibsə, qayıdarlar, usta. Qardaşım yazır ki, bizdən əsir düşənlərin çoxu qaçıb partizanlara qoşulub... Özü de yara lanıb, xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb çıxıbdır, - Təki olsun, təki olsun, - deyə qoca öz-özünə danışır kimi, yavaş səslə pıçıldadı. - Salamat olsalar, gərək hesabla bn yaxında gələlər. - Əlbəttə, əlbəttə! - Şofer bu anda yan tərəfdən qanunsuz çıxan yük maşınına toxunmamaq üçün cəld bir hərəkətlə maşını sax ladı. — Dava da belədir, bir az ehtiyatı əldən versən, Özütı də güdaza gedərsən, yoldaşını da bada verərsən. Eyy, keflisən? - deyə pırtlaşıq saçlan alnına tökülmüş mis rəngli şoferin üstünə qışqırdı. - Dünyanın işini bilmək olmaz, oğlum. - Qoca, köyrək səsinin tit rədiyini duyub susdu və yalnız sonradan-sonraya əlavə etdi. - M əsəl var, sən saydığını say, gör fələk ne sayır... Təki sen deyən olsun. Oğlanın fikri hələ de yük maşınında olduğu üçün, ustanın dediyini yaxşı eşidə bilmədi. - N ə buyurdun usta? Qoca, nəmli gözlərini irəliyə zilləyib dərindən köksünü Ötürdü: - Deyirəm ki, Allah ağzından eşitsin. H ələ mən onlardan əlimi üz məmişəm. Hesabla gərək sağ-salamat qayıtsınlar. Bu illərdə az əmək çəkməmişəm. Gecəli-gündüzlü buruqlardan ayrılmırdım. Deyirdim ki, əsgərlərimiz yanacaqdan korluq çəkməsinlər. Doğrudur çox qocalmı şam, amma cavanlardan geri qalmıram. Pensiyadan işə qayıdanda mənim arzum bu idi ki, ölkomiz davadan üzüqara çıxmasın. Sağ olsun