çəkdiyi bütün əziyyətlərin ağrısını unutmuş bir insan qüvvəti duydu: “Menim de babam öləndə usta kimi arxayın idi. O bizə baxıb gülüm səyirdi... Bu köhnə adamlar Ölümü necə mərd qarşılayırlar!” - Tahir təəccüb və heyrət içində gözlərini usta Ramazana zilləyib, ürəyində öz acizliyinə qarşı baş qaldıran nifrət hissini bəyəndi. Adətən az danışmağı sevən usta Ramazan, şagirdinin Üzünə bax madı, bütün ürəyini boşaltmağa fürsət tapmış kimi, yenə başladı: - Bu daxmamı görürsənmi? Deyəcəksən ki, usta öz köhnə daxma sından ayrıla bilmir, amma səni isti yuvandan ayırmaq İstəyir. Bilirəm, adamın öz daxması başqalarının sarayından qiymətli görünər. Elə kənd də, kolxoz da bizimdir, men demirəm ora getmə, yox, əlbəttə yox. Ora da get. Ancaq, oğlum, Bakı ayn aləmdir. Bax, mənim bu balaca otağı mın hər qanşı təkcə mənim üçün yox, gərək hamı üçün əziz olsun. Heç bilirsən niyə? Çünki burada çox gizli inqilabi işlər görmüşük, Nİsa Allah şahididir, qoy o desin! Nisa qan çox əziz saydığı bu xatirələrdə həm işə öz adının da ç ə kildiyini eşidən zaman, ürəyi qeyri-adi bir qürur və iftixarla çırpmar dı. Elə indi də qəmli fikirlərindən ayrılıb ərinin sözlərini təsdiq etdi: - Elədir, bala, elədir. Onlar içəridə oturub iclas eləyəndə, men hə m işə bayırda paltar yuya-yuya keşik çekərdim,,, Sən demə, Nikolay padşahı taxtdan salmaq üçün tədbir tökürlərmiş... Usta Ramazan iftixarla dilləndi: - Bakını sevin, oğlum! Bakının admı həmişə uca tutun! Unutma yın ki, çox yer işığı buradan alır! Söhbətin qurtardığını güman edən Nisa qan, balkona çıxdı və orada qurdalanmağa başladı. Onun xörək gətirməyə getdiyini düşünən Ramazan, bir xeyli gözlədisə də, qayıtmadığını görüb içəridən səs