ləndi: - Ay arvad, gözləməkdən gözümüzün kökü saraldı, yem əyə nəyin var? Qan əlindəki işi bir tərəfə atdı (gəlinlərinin yorğanını yuyub, yu nunu səliqə ile didirdi) v ə qazam qaz pilətəsinin üstünə qoydu: - Bu saat, bu saat! 110
Ramazan isə yenə xatirələrə daldı. Həyatının acı səhifələri bir-bir vərəqlənib gözləri qarşısından keçdi. - Əgər keçmişdə cəhənnəmi görmək İstəyirdin, gərək Bakı m ə dənlərinə gələydin. İndi İşləmək su içməkdən hasand olub. Sən jalon- kanı görməmisən. Deyərdilər ki, kapitalistlər bunu fəhlələrdən hayıf almaqdan ötrü icad elətdiriblər. Amma bu saat maşın sendə, motor səndə, incirıar da özündən. Qüdrət İsmayılzadəni tanıyırsan? - Bəli. - Bax, onun atası Salman kişi mənim fəhlə yoldaşımdı. Sahibkar- laman o qədər vuruşdu ki, axırda ayaqlarına qandalaq vurub Sibirə sürgün elədilər. H ələ bu gün də qayıdır... Bu anda Nisa xörək qazanmı buğlana-buğlana gətirib, yem ək sto lunun üstünə qoydu: - A kişi, - dedi, — bəsdir de... Az nəsihət elə! Tahir özü yekə oğ landır, sendən-məndən de yaxşı başa düşür. Qoca usta qəsdən səsini ucaldıb gah tahirin, gah da Nisa qarının üzünə diqqətlə baxa-baxa dedi: - Bir var kitab oxuyasan, bir də var öz gözünlə görəsən. M ən ona gördüyümü danışıram. Bu yolda can qoyanları gərək uşaqlarımız da bilə, arvad... Mənim sinəm elə bir kitabdı də... - Yaxşı, yaxşı özünü az təriflə!.. Ramazan arvadına cavab vermədi. Buğlanan yağlı bozbaşı müba hisəyə tərcih etdi. Nisa acıqlı-acıqlı onun üzünə baxdı: Vallah, senin əlindən şikayət yazdıracağam! - Niyə ki? - Dava vaxtı dinmirdim. Deyindim ki, hamı necə, sən də elə. Bəs indi evə niyə gec-gec gəlirsən? Xörəyi hər gün azı əlli dəfə qızdırıram.