Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə139/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   135   136   137   138   139   140   141   142   ...   382
Sechilmish eserleri II cild

fantan olub?
- İclas uzun çəkdi. Sonra buruğa getmişdim, qızım, bir balaca iş­
ləri korlamışdılar, — Lalə mətbəxə keçdi, əl-üzünü yuyub tez qayıtdı
v ə paltarını dəyişdi. Tükəzban isə ayağa qalxıb, ona şam yem əyi ha­
zırladı, çay qoydu. Qoca da olsa, ev işlərini özü görərdi. Qulluqçunun
bişirdiyi xörəkləri yeyə bilmirdi. Hər şeydə öz səliqəsini görmək istə­
yirdi. Evin ən xırda işlərinə qarışmasaydı, ürəyi darıxardı. Oğlu da,
gəlini də bunubildikləri üçün, xətrinə dəyməzdilər. Ailədə çoxlarının
qibtə etdiyi mehribanlığı da o yaratmışdı. Qayınanalardan danışılan lə­
tifələr həmişə gəlini haqlı, onlan isə haqsız qələm ə verirlər. İsmayıl­
zadənin ailəsində hələ belə söhbətlər olmamışdı. Ana evin baş hakimi
idi. Burada hamı onun qanunlarına tabe İdi. Qüdrət Laləni bəzən dan­
layan zaman, Tükəzban gəlinin tərəfini şaxlar v ə beləliklə, çox vaxt
gelindən baş verən narazılığın qabağını alardı. O, təkcə, Qüdrətin
deyil, bütün evin anası idi. Lalə də onun hörmətini saxlardt. Ailədəki
bu qarşılıqlı ehtiram indi artıq ənənə v ə etiqad halına gəlmişdi. Lalə
yalnız Şirmayının məktəb işlərinə qarışardı, vaxtı olanda dərslərini
xəbər alar, hesab məsələlərinin həllinə kümək edərdi.
Tükəzban qan çayı-çÖrəyi gətirib üzərindən göy örtüklü çilçıraq
sallanan böyük yemək stolunun üstünə qoyanda, Lalə də özünü səli­
qəyə salıb goldi. O, adəti üzrə qumral saçlarını geriyə daramış, boynu­
nun ardında toplayıb, yanmdairəvi daraqla başmajbond eləmiş, üzü
işıldamasın deyə azacıq pudralanmışdı. Geniş alm, açıq qumral gözlə­
ri, ağ və hamar yanaqlan indi artıq yorğunluq ifadə etmirdi.
- işlərin necədir, qızım? - deyə Tükəzban e w e lc e nəvəsinin, son­
ra da gəlinin boşqabına kələm dolması çəkdi. - Qüdrətdən bir yolluq

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin