Lalə onun sabaha qodər səbr edə bilm əyəcəyini görüb istər-istəm əz
gülümsədi v ə heç bir söz deməyib, xörəyini yeməklə məşğul oldu.
Tükəzban onlara çay verib, özü do bir stəkan içməkdə ikən, yenə
qapının zəngi çalındı.
- Atamdır! - Şirmayı yüyürüb qapım açdı və doğrudan da Qüdrəti
görərkən, əlini-əlinə vurub sevincdən atılıb düşdü. Ata üzünə günlər
lə həsrət qalmış qızcığaz, həm o gəldiyi üçün, həm də Qüdrət Lalədən
tez güzəştə gedib, onun gec yatmasına razı olduğu üçün bu qədər se
vinirdi.
118
Qüdrət qızının boynunu qolu arasına aldı, ağır v ə yorğun halda
gəlib oturdu. Şirmayı ondan üzülüşməyərək, dizləri arasında, ayaq
üste durub, həm işə onun tərəfini saxlayan atasına Lalədən şikayət et
m əyə hazırlaşdı.
- N ə var, nə yox, ana? - Qüdrət gülümsədisə də, yorğunluğunu
gizlədə bilmədi. Yuxusuzluqdan gözlərinin altı kölgələnmişdi.
Anası onun payını gətirməyə gedə-gedə söyləndi:
- Dava da qurtardı, ancaq səni yenə elimizdən alıblar...
Qüdrət bu sözlərə də adəti üzrə qayğısız bir təbəssümlə cavab
verdi:
- Mən təkcə sənin oğlun deyiləm, ana can! - dedi.
Bu halda Şirmayı fürsət tapıb, aralıqdakı qısa sükutdan məharətlə
istifadə etdi:
- Ata can, bu gün məktəbdə Puşkinin tərcüm eyi-halım oxuduq.
O həm işə öz dayəsinin nağıllarına qulaq asarmış. Bəs niyə anam
qoymur m ən qnenəmin nağıllarına qulaq asım?
Qüdrət ata qüruru ile qızını bağnna basdı.
- İndi mən deyərəm, izin verər, qızım...
Tükəzban oğlunun xörəyini getirdi, yenə də öz yerində oturdu.
O, oğlu ilə gəlinini bir yerdə görəndə çox az danışar, yalnız zərurət
hiss olunduqda öz fikrini söylərdi.
Şirmayı atasının vədindən cəsarətlənərək, əvvəlcə Tükəzbana,
Dostları ilə paylaş: |