elimi üzmüşəm. Bir həftədir üzünə həsrət qalmışam. Bu gün onu gör məmisən ki? 117 < 2 V
- Elə bu saat yanından gəlirəm. - Lalə xörəyini qabağına qoydu. - İşləri ağırdır, ana. Tresti çox geridə qalıb. Azı yarım il gərək qabıqdan çıxsın ki, bəlkə bizə çatdıra. Özgəsi korlayıb, ağırlıq Qüdrə tin boynuna düşüb... Gəlininin üz-gözündən xörəyi bəyənib-bəyənm ədiyini oxumaq istəyən Tükezban, Lalədən gözünü çəkməyib narazı halda başım bu ladı: - Elə həmişə belə olub, qızım. Yaxşı işləməyin xeyri budur də... - Tükəzban ürəyində oğluna həddən artıq əziyyət verənləri ya manladı. - Anası ölmüş ev bilmir, eşik bilmir, təkdənbir gələndə de gözünə yuxu getmir. Bütün uşaqlar kimi, Şirmayı da böyüklərin söhbətinə qulaq asma ğa sonsuz bir maraq göstərirdi. Ancaq o, öz fikrini deməkdən çəkinir di. Lalə onun belə işlərə qarışmasına razı olmurdu. Ona ele gəlirdi ki, qızı belə şeylər haqqında düşünərsə, dərslərinə ziyan toxuna bilər. Ancaq bu dəfəki danışıq atasına aid olduğu üçün, Şirmayı Lalənin həmişəki öyüd-nəsihətini unudub, söhbətə qarışdı. - Ana can, nə olar ki, atam yaxşı işlədiyinə görə belə edirlər də... Lalə onun sözünü kəsdi: - Dərsini hazırlanasan, ya yox? Çörəyini ye, get yat! Böyüklərin söhbətini bütün təfərrüatına qədər dinləmək istəyən Şirmayı, yerində qurcalandı və püstə kimi xırdaca dodaqlarını büzüb mızıldandı. - Axı nənəmin nağılı yarımçıq qalıb... 4 Lalə üzünə sərt bir ifadə verdi və bununla da qərarının qəti oldu ğunu qızma hiss etdirib dedi: - Sabah danışar. Lakin Şirmayı da sözün üstündə möhkəm durub inad göstərəndə,