Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


qapqara cəhənnəm ə oxşayırdı. Adamlar, elə bil, od-alov içində yanır



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə137/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   133   134   135   136   137   138   139   140   ...   382
Sechilmish eserleri II cild

qapqara cəhənnəm ə oxşayırdı. Adamlar, elə bil, od-alov içində yanır,
his olurdular. Seyran kəndə qayıtmaq istəyəndə yoldaşları ona dedi:
“Hara gedirsən? Bizim üçün yer birdir. Kənd şəhərdən beterdir” .
Onlar çox fikirləşdilər, ancaq pis dolanmaqlarının səbəbini tapa
bilmədilər. Götürüb xozeyinlərinin əlindon padşaha şikayət yazdılar,
yenə də bir fayda çıxmadı. Atalar demİşkən, it-itin ayağını basmaz.
Fəhlələr yenə cəhənnəm əzabından qurtarmadılar. Şikayət yazanları
tutub qazamata saldılar.
Günlərin birində Bakıya hardansa igid bir cavan gəlib çıxdı.
115


Cavan bütün fəhlələrin dostu idi. O dedi:
- Əgər belə getsə, bu dünyada lap o günün işığına da həsrət qala­
caqsınız. Dünyada əlsiz-ayaqsız adamların payını həmişə it qapar.
Seyran da onun sözlərini eşitdi. Cavandan soruşdu:
- Neyləyək?
Cavan dedi:
- Birləşək, sözü bir yerə qoyaq. Onda heç kəs bizə batanmıaz.
O gündən Seyranm yoldaşları and içib əhd elədilər ki: “Ölsək də,
qalsaq da birik”.
Tükəzban yenə qızcığazın saçlarını oxşadı:
- Seyran onunla yaxm dost oldu. O nə desəydi, hamı qulaq asırdı.
Ancaq fəhlələrin düşməni də çox idi, qızım... O cavanın Bakıya gəl­
məyindən xəbər tutmuşdular. Sən görməmisən, o vaxtlar jandarmlar
vardı. Kim padşahın pisliyinə bir dil tərpətsə, o saat tutub qazamata
salırdılar. Hardansa gələn cavanı da hey axtardılar. Amma fəhlələr onu
ələ vermədilər. O, her gün bir evdə gecələyirdi. Fəhlələrin hamısı
onun xətrini istəyirdi. Öz ölümlərinə razı olardılar, ancaq onun tutul­
mağına yox. Axtardılar, axtardılar, yenə də tapa bilmədilər.
Bu vaxt Seyran anasını, nişanlısını Bakıya gətirmək fikrinə düşdü.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin