Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


çoxdan bəri qurduqları möhtəşəm sarayı görmək, doyunca sevinmək



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə135/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   131   132   133   134   135   136   137   138   ...   382
Sechilmish eserleri II cild

çoxdan bəri qurduqları möhtəşəm sarayı görmək, doyunca sevinmək,
bu dünyadan kam alıb, sonra Ölmək idi.
Yekə saat Ramazanın qabarlı əlində göründü:
- Tahir, oğlum, - dedi, - get dincəl, iki saatdan sonra gecə növbə­
sinə yola düşəcəyik,,. Sözümüz sözdür, yox?
Tahir bu dəfə həm ucadan, həm də qəti cavab verdi:
- Bəli, usta, - dedi, - sözündən dönən namərddir!..
4
Qüdrət İsmayılzadənin anası Tükəzban qan, nəvəsi Şirmayıya qə­
ribə nağıllar söyləyirdi. Usta Ramazan bir cümlə ilə danışdığı əhvala­
tı o bir günə də deyib qurtara bilmirdi. Əslinə baxsan, onun nağıl
deməkdə xüsusi bir məharəti vardı. Lalə trestə gedəndən Şirmayı evdə
həmişə Tükazbanın ümidinə qalırdı. Qızcığaz gündüzlər dərsə gedib
- gələr, axşamlar isə sabahkı dərslərini hazırladıqdan sonra nənəsinin
nağıllarına qulaq asardı.
Tahirlə usta Ramazan axşam növbəsinə yola düşəndən sonra, Tü-
kəzban qarı, köhnə rəfiqəsi Nişanın yanma gəlmişdi. Əri Salman kişi
ilə Ramazan kimi, o da cavanlıqdan Nisa ilə yaxın dost idi. Ərinin əh­
valatını xatırlayanda, ikisi de səssizcə ağladı. Onlar hər dəfə görüşən­
də keçmişlərdən söhbət açardılar. Həmişə de qəhərlənib ağlayardılar.
Deyirlər ki, yaman günün dostlarını qılınc da bir-birindən ayıra
bilməz. Bu ifadəni elə bil Nisa ilə Tükezbanm dostluqdakı sədaqətinə
baxıb yaratmışdılar. Onlar az-az görüşərdilər, ancaq söhbətləri uzun
çəkərdi.
Bu gün de belə oldu. Ramazandan danışdılar, Qüdrətdən söz sal­
dılar. Gəfcnlərin vəfasından, nəvələrin mehribanlığından, ən axırda da
zəmanədən danışıb ayrıldılar.
Tükəzban qan evə qayıdanda Şirmayını yem ək otağında tək görüb,
əlini dizinə çırpdı:
- Bıy, başıma xeyir, anan hanı?
- işə getdi, ay nənə...

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin