Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


- Gör başım sözə-söhbətə nə təhər qanşıb ki, bir də ayılanda gör­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə136/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   132   133   134   135   136   137   138   139   ...   382
Sechilmish eserleri II cild

- Gör başım sözə-söhbətə nə təhər qanşıb ki, bir də ayılanda gör­
müşəm qaranlıq düşüb...
Şirmayı, adəti üzrə, divanda oturub bardaş quran nənəsinin yanına
yüyürər, başını onun dizi üstə qoyub, söylədiyi maraqlı nağılları din-
lərdı.
- Ay nənə, anam dedi ki, bu axşam bir az gec gələcəyəm .
- N iyə ki?
- Trestdə iclası var. İstəyirsən, zəng eləyib soruşum.
- Yox, ömrüm-günüm, vaxtını alma.
Şirmayı yenə qarının böyründə uzanıb başım onun dizi üstə qoydu:
- Anam dedi ki, bu axşam musiqi müəlliməsi gəlm əyəook... İndi
bir nağıl yox, ikisini danış, yaxşımı?
- İstəyirsən, lap üçünü danışım. - Tükəzban qan duruxdu. - Han­
sını istəyirsən?
- Təzəsini, təzəsini!..
- Təzəsi qalıbını ki?
Uzun bir sükut oldu. Doğrudan da Tükəzban bildiyi nağılların ha­
mısını danışıb qurtarmışdı. Son vaxtlarda ö z gözü ilə gördüyü hadisə­
ləri də nağıl adı ilə söyləm əyə başlamışdı. Ancaq bunu Şirmayı hiss
edə bilmirdi. Onun ürəyində nənəsinə qarşı zərrə qədər də şübhə
oyanmırdı,
- Ay nənə, - deyə o, qarının qucağına daha da bərk qısıldı, - qoy
nağıl uzun olsun, tez qurtarmasın.
Tükəzban fikirləşdi, tezə bir nağıl da danışdı:
- Seyran adlı bir cavan oğlan vardı, qızım... - O, nəvəsinin qıvrım
tellərini sığallaya-sığallaya sözə başladı. - Atadan yetim qalmışdı.
Kənddən Bakıya gəldi, fəhləliyə girdi. O zamanlar adamın ürəyi açıl­
mır, üzü gülmürdü. Seyran da belə qəmgindi. Həmişə fikri-zikri kənd­
də idi. Orada anasım tək qoyub gəlmişdi. Puldan-paradan qazanıb
onun yanına qayıtmaq istəyirdi. Ancaq bu mümkün olmurdu. G ecə-
gündüz əlləşirdisə do, heç nə artıra bilmirdi, aldığı donluqla anası İlə
özünü güclə dolandırırdı. Fəhlələrin çoxusu belə idi. Onda mədənlər

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin