sonra da Laləyə baxdı v ə anasının da xətrinə dəym əm ək üçün gülə- gülə inci dişlərini gösterib dedi: - N ənə, men yatmıram, nağılım axıracan danışarsan! Qüdrət xörəyini yem əyə hazırlaşanda, Şirmayı atasının dizləri ara sından çıxdı və stulunu nənəsinə yaxın çəkib oturdu. Lalə də, Tükəzban da Qüdrətin bərk yorulduğunu hiss etdiyi üçün, heç biri onu söhbətə tutmaq istəmədi. Qüdrət xörəyini həris bir İştaha İlə cəld yeyib, üstündən də İki stəkan tünd çay içdi. - Yaman yorulmuşam, - deyə yalnız indi etiraf edib ayağa qalxdı və iş otağına keçdi. B elə hallarda o yalnız gündəlik qəzetləri və bədii əsərləri oxuyardı. İxtisasına dair məcmuə v ə kitablara daha müvafiq vaxtını sərf edərdi, Geniş yazı stolunun üstündə kəşfiyyat m əsələləri nə dair beş-altı qalın kitab vardı. Onların mühüm saydığı səhifələri arasına Qüdrət nazik kağızlar qoymuşdu. Boz mərmərdən qayrılmış yazı cihazının üstündə iti qəddenmiş rəngli qələm lər göründü. 119
- Şirmayı bəzən bu stolun dalında şəkil çəkdiyindən, rəsm dəftərini unudub, açıq halda burada qoymuşdur. Qüdrət onun çəkdiyi heyvan şəkillərinə baxa-baxa dəftərin böyründən on gün əvvəl yarımçıq qo yub getdiyi “Obsolyut axtarışı” əsərini götürüb açdı, yazı stolunun qarşısındakı kresloda oturub mabədini oxumağa başladı. Böyük fransız ədibinin lövhelərindəki mena onun bədii zövqünə çox yaxındı. Lap gənc ikən macəra romanlarına böyük həvəsi vardısa da, həyatın sərt üzünü görəndən sonra, oxuduğu şeylərdən az şey öy rəndiyini gec başa düşdüyünə təəssüf edirdi. O, Valtasann faciəsini oxuyarkən, ixtira ehtirası ile alışıb - yanan bu insanın öz doğma qızı qarşısında qızıl üçün (Qüdrət “lənətə gəlsin bu qızılı!” deyə hoyəcan-