qincə tanımamağı Tahirə çox ağır və təhqiramiz göründü: - Mon o qədər də axmaq deyiləm! - dedi və birdən gözlənilməz halda səsini yavaşıtdı: - Mən evlənm ək m əsələsini oyun-oyuncaq hesab eləmirəm. Onu yaxşıca tanımamış, özü də bir sənət sahibi olma mış evlənmək mənasızdır. Ancaq sən menim ürəyimi yaralamışam Cəmil bu sözlərə qarşı təəccübünü bildirmək üçün qəsdən çiyin lərini çekib qaşlarını düyünlədi: - Mən sənə neyləmişəm, balam? Tahir ovuclarını açıb havam yardı: - Bundan artıq neyləyəcəksən? Hamının qabağında biabır oldum. O nə sözdür: “Ondan sənə yar olmaz?” M ən nəyəm bəyəm? Cəmil yenə də özünü saxlaya bilməyib qaqqıltı ilə güləndə, acı ğından Tahirin əlləri titrəməyə başladı. - Bax, hələ indi də məni e le salırsan! - Tahir ona dalını çevir di. - Eybi yoxdur, olsun! - Əşi, bir sözdür, dedim, nə olar ki? Səndə dəvə kini varmış. Yoldaş yoldaşnan zarafat eləm əz bəyəm? - Zarafatın da yeri var! Aralığa sükut çökdü. Onlar bu danışıqların heç bir nəticə verməyə cəyini görüb, bu barədə bir daha danışmamaq qərarına gəldilər. Tahir yenə pəncərə qarşısında perakənde halda tökülmüş kitablara yanaşdı, ‘birini götürüb vərəqləyə-vərəqləyə qayıtdı, balaca stolun dalında otur du v ə bir neçə sətir oxudusa da, başına heç bir şey girmədiyi üçün ki tabı çarpayısının üstünə atmaq istəyəndə, Səməndər içəri girdi: - Hə, dost, - deyə üzünü Tahirə tutdu, - “Qurbanolı bəyi” oxuyub qurtardın? - Yox, hələ qurtarmamışam. - Qurtar, qurtar, məzmununu m ənə danış, Cəmilin borcundan da mənim canım qurtarsın. - Axı orada nə var ki, özün oxumursan? Mən ayrı kitab almışam. Özün oxu da... - Əşi, men neyləyim? Bir sətir oxuyuram, yuxu məni basır.