Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


çalışıb, bu məsolonİ zehnindo götür-qoy elədikdən sonra: “Axı heç bir



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə149/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   145   146   147   148   149   150   151   152   ...   382
Sechilmish eserleri II cild

çalışıb, bu məsolonİ zehnindo götür-qoy elədikdən sonra: “Axı heç bir
qızı zorla almaq olmaz, hər şey onun könlündən asılı deyilmi?” - deyə
düşündü. Lətifənin hər halda özünə daha çox meyli olduğuna şübhə et­
mədiyindən, Tahirlə dostluğunu nahaq yerə pozmaq istəməyib, onu
sülhə çağırmaq üçün yol aramağa çalışdı. Ancaq Tahirin danışığındakı
sərt nidalardan hiss edirdi ki, bu yolu tapmaq o qədər də asan olmaya­
caqdır.
Cəmil:
- Bura bax, Tahir, - dedi, - sənin fikrin köhnə zamanlara getmə­
sin. Bu saat hər şey qızdan asılıdır.
- Əlbəttə, qızdan asılıdır. Amma sen başlayıb məni onun gözün­
dən salsan, qızın könlü olmaz da...
- Axı mən səndən ona nə demisəm ki?
- Bilmirəm nə demisən, ancaq onu bilirəm ki, qız mənə əvvəlki
kimi baxmır.
Cəmil birdən Özünü elə göstərdi ki, guya onu həyəcanlandıran
Lətifə m əsələsi deyil, Tahirin bundan qat-qat mühüm işləri unutması­
dır və guya Cəmil, yaxın bir dost kimi, onun belə yanlış bir yola düş­
məyinin ziyanını daha yaxşı dərk edir. O, yenə Tahirlə dost olduğunu
və aralarındakı incikliyin bu dostluq hissinə heç bir xələl gətirə bilmə­
yəcəyini sübut etmək üçün səsinə mehriban bir ifadə verdi:
- Mon sənin üçün deyirəm, Tahir. Mən senə yaxşılıq eləmək istə­
yirəm. Tutaq ki, o səni sevir, nə olsun, sabah toy eləm əyəcəksən ki?
Tahir özünə məxsus incə bir sövq-təbii ilə, Cəmilin səsindəki
qeyri-səmimi nidanı duyub, ona qəsdən daha da sərt cavab verdi:
- Onu mən özüm bilərəm!
- Mən de bilsəm olmazmı?
125 O V


- Yox!
- Axı biz həlo cavanıq, Tahir. Tez deyilmi?
Cəmilin onu belo sadəlövh, dərrakəsiz saymağı və indiyəcən layi­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin