hiss edən usta, Tahirə qayğılı v e mehriban bir nozər saldı. - Hə, de görüm, no sözün var? M ən də sənin atan... Tahir cəsarətləndi və qəlbindəki incə narazılığı gizlətmək istədi: - Usta, meni o qədər də avam hesab eləm ə. Mən zəmanəmizin qədrini yaxşı bilirəm. - Əgər bilirsənsə, oxu də... İndi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan, onun-bunun qabağında ikiqat əyiləsən? Bu gün şagirdsən, sabah açarçı olacaqsan. Bir ildən sonra buruq ustası müavini, bir neçə ildən sonra da buruq ustası olacaqsan. Əgər incinarhq istəsən, o da özündən asılıdır. Anasının təkliyinə dair dediyi sözlər, indi Tahirin özünə də çox sadə görünüldü. O hiss edirdi ki, qaçmağına səbəb yabıız bu olmadığı nı usta da duymuşdur. Odur ki, özgə bir bəhanə uydurmaq fikrinə düş dü. “Komsomol işimi gətirmək lazımdır” demək istədi, ancaq bunun üçün də qaçmağın ağıllı bir hərəkət olmadığım tez anlayıb dinmədi. Ramazan isə onu təbliğ üçün yox, öz daxili etiqadı ilə yanıqlı- yanıqlı deyirdi: - Özünü tərifləyən adamlardan zəhləm gedər. Ancaq yadında saxla ki, Ramazan hər şagirdin bəxtino çıxan ustalardan deyil. Yaxşı, mən bu dünyadan köçüb getdim, bes yerimdə kim qalacaq? Nisa qan bayaqkı düşüncələrini xatırladı, ərinin qəmli bir səslə de diyi bu sözlərdə ömrünün sonuna çox az qalmış bir insanın acı etirafını və bu etirafdakı həqiqəti dinlərkən, ixtiyarsız olaraq köksünü ötürdü: “Doğrudan da yaman qocalmısan, kişi...” - deyə fikrindən keçirdi. 109 o v .
Usta gəlib yerində oturdu: - Ancaq mən ölsəm də bu dünyadan ürəyi rahat gedəcəyəm - deyib, bir neçə dəqiqə fikrə getdi. Tahir onun gözlərində həqiqətən ölümünə təəssü f etməyən və