luq hissi çoxdan bəri ətə-qana hopmuşdu və görünür, bu barədə ayrı ca danışmağa heç bir ehtiyac yox idi. Ramazan da, Vasilyev də, çox larının dava-qalmaqalla həll etdikləri bir m əsələni məhz bu dostluq sayəsində çox tez və asan həll edirdilər. Bunun bircə səbəbi vardı: Vasilycvin fikrini Ramazan, Ramazanın da fikrini Vasilyev dinləməyi bacarırdı. İlk doğru sözü demək şərəfi Vasilyevə qismət olanda, bun dan Ramazan sevinər, Ramazana qismət olanda Vasilyev ləzzət alar dı. özləri bunun fərqinə varmasalar da, əsil həqiqətdə onlar bir-birini tamamlayırdılar. Ramazan adamlan ruhlandırmağı bacarırdısa, Vasil- yev mexanizmlərin ən xırda kəsrini belə tapıb düzəldərdi. Deyəsən onları bir-birinə sevdirən də elə bu idi. Ramazan onun “evə get” təklifini eşidəndə, yorğun gözlərini qal dırdı: - Yox, dost, elə sən də yorğunsan, - dedi, - get, beş-altı saat dincəl, onacan mən gözlərəm. Vasilyev incik bir nəzərlə onun üzünə baxdı: - Sən nə danışırsan, Ramazan İskətıdəroviç, belə də şey olarmı? Sən get, mən qalıram. Ramazan onun səsindəki inciklik nidasının nə qədər səmimi oldu ğunu aydın hiss edirdi. - Yaxşı, gedim, yoxsa qan məni boşayar, - deyə qoca usta çox çətin sezilən bir tərzdə gülümsədi. Növbənin fəhlələri qayığa doluşdular. Tahir Cəm illə yanaşı otur du v ə sazını dizinin üstünə qoydu. Birdən komsomol təşkilatçısının 97 O V
hədə-qorxusunu xatırladı, ilk addımdan üstünə düşəcəklərini güman ■ edib, “mənimki tərs getirdi” deyə fikirləşdi, vaxt ikən, biabır olmamış kəndə qayıtmağı qərara aldı. Əgər usta onun xətrini istəsəydi yenə dərd yan idi. Tahir qorxurdu ki, komsomolda m əsələsi qoyulsa, hamı